Həkimlər ağrılarını ciddiyə almadı - 29 yaşında 3 bədən üzvünü itirdi

Həkimlər ağrılarını ciddiyə almadı - 29 yaşında 3 bədən üzvünü itirdiDoktorların şikayətlərini ciddiyə almadığı 29 yaşlı qadın üç orqanını itirib.
Milli.Az xəbər verir ki, 12 aprel 2023-cü ildə əkizlərini dünyaya gətirən Teape doğumdan sonra mədə ağrıları çəkməyə başlayıb, lakin həkimlər onun şikayətlərinə əhəmiyyət verməyib. Beş gün sonra ağrıları dözülməz həddə çatdıqda təcili yardım çağırmaq məcburiyyətində qalıb.
İngiltərədə yaşayan 29 yaşlı Xədicə Teape BBC-yə verdiyi müsahibədə "Mədə spazmları, qusma, ishal, titrəmə və yemək yeyə bilməmək kimi problemlərim vardı. Beşinci gün artıq dözə bilmədim və tibbi müdaxiləyə ehtiyacım olduğunu anladım," - deyə bildirib.
Həkimlər onun Strep A bakteriyasına yoluxduğunu müəyyən etdilər. Bu bakteriya boğaz infeksiyalarından tutmuş, ət yeyən bakteriyalara qədər müxtəlif xəstəliklərə səbəb ola bilər və nadir hallarda sepsisə yol aça bilər. Sepsis hər il İngiltərədə 245 min insana təsir edərək minlərlə ölümə səbəb olur.
Sepsis immun sisteminin bədənin öz toxumalarına hücum etməsinə səbəb olaraq orqan çatışmazlığına gətirib çıxara bilər. Araşdırmalara görə, İngiltərədə hər il azı 48 min insan bu xəstəlikdən həyatını itirir.
Teape orqanlarının fəaliyyətini davam etdirməsi üçün bir həftə komada saxlanıldı. Ayıldıqda isə əlləri, ayaqları, barmaqları və burnunun qaraldığını gördü. "Reanimasiyaya düşməzdən əvvəl təcili əməliyyata ehtiyacım olduğu bildirildi. Ailə üzvlərimə əl yetdim və əməliyyata girdim. O an son sözlərim Mən bacardım oldu," - deyə xatırlayır.
Lakin gözlərini açdıqda bir həftə komada qaldığını öyrəndi. Onun həyat yoldaşı Shawn Ayton "Həkimlər ən pis ehtimala hazırlaşmalı olduğumuzu söylədilər. Amma o, sağ qaldı və bu, bizim üçün ən böyük xoşbəxtlik oldu," - deyib.
Sepsisin bədənində qalıcı zərər qoyması səbəbindən 2023-cü ilin avqustunda hər iki ayağı, sol əli və sağ əlindəki barmaqları amputasiya edilib. Keçirdiyi bu prosesi "fiziki, emosional və zehni cəhətdən çətin" adlandıran Teape yenə də həyata tutunmağı bacarıb.
Protezlər sayəsində artıq müstəqil şəkildə yeriyə bildiyini qeyd edən Teape "İndi əkizlərimi sağ qolumun büküyündə tutub qaldıra bilirəm. Ailəmin məni evdə görməsi onları sevindirir," - deyə bildirib. "Həyatım alt-üst ola bilər, amma heç olmasa körpələrim və böyük uşaqlarımın anası hələ də onların yanındadır."
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1584   Tarix: 01 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

hamilelikde qidalanma toy gecesi kosmetik vasiteler uzun saclarin yigilmasi üzdəki ləkələr baliq yaginin faydalari qiz usagini acmaq kosmetika haxisdalar toyuq salati bir arzum var kurtlar vadisi ağır itki