Həkimlər koronavirusun daha bir fəsadını üzə çıxardı
Şiddətli koronavirus xəstələrinin bir hissəsində bədəni viruslardan qoruyan interferona qarşı antikor inkişaf edir.
Publika.az xəbər verir ki, bu barədə Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Qintsburq danışıb.
"Ağır xəstələrin 10-15 faizində interferona qarşı antikorlar inkişaf edir ki, bu da yalnız ikincil immunitet reaksiyasını deyil, hətta anadangəlmə təbii immun cavabını da bloklayır. Bu kəşf xəstəliyin səbəb olduğu agent - SARS-CoV-2 virusunun patogenezinin araşdırılması çərçivəsində müəyyən edilib", - akademik "RİA Novosti"yə verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, interferon orqanizm tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. İnterferonların əsas funksiyası orqanizmin toxumalarının sağlam hüceyrələrinin virusa yoluxmasının qarşısını almaqdır. Onlar xəstəliyin ilk mərhələsində yaranır, hüceyrəarası sahəyə ifraz olunur və özündən sonrakı hüceyrələrdə virusların çoxalmasını inqibirləşdirir. Orqanizmdə virusun yayılmasını məhdudlaşdırmaqla ilkin müdafiə xəttini əmələ gətirir.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir