"Həmin video yayılmasaydı, fəxri ad alacaqdım" - Tacir Şahmalıoğludan ŞOK AÇIQLAMA

"Həmin video yayılmasaydı, fəxri ad alacaqdım" - Tacir Şahmalıoğludan ŞOK AÇIQLAMAXanim.az müğənni Tacir Şahmaloğlunun ölkə.az-a müsahibəsini təqdim edir:

- Tacir müəllim, istərdim əvvəlcə yaradıcılığınızdan danışaq.

- Qarabağın ağır seyidlərindən olan Seyid Lazım Ağa haqda bir mahnı yazdım, oxudum, klip də çəkdirmişəm.

- Musiqisini də özünüz yazmısınız?

- Musiqinin bir hissəsi Sami Yusufundur, düzənləməsi mənimdir. Klipini də çəkdirdik. Amma efirlər götürmədilər ki, seyid həssas mövzudur. Mən də israr etmədim.

- Sizi insanlar "Bayatı-Şiraz"la tanıdı, amma sonradan adınız müxtəlif qalmaqallarda hallanmağa başladı. Özünüzün qalmaqala meyliniz vardı, yoxsa sizi qəsdən qalmaqallara dartırlar?

- Məsələn?

- Konkret olaraq Fədayə Laçınla bağlı qalmaqallar, Rusiyada erməniylə duet oxumağınızla bağlı söz-söhbətlər və digər qalmaqalları nəzərdə tuturam.

- Sizə bir misal çəkim. Bu yaxınlarda az qala müğənni Səidə Sultanla düşmən olmuşduq. Amma elə şeylərə soyuqqanlı yanaşıram. Çünki hirsli başda ağıl olmur. Zəng vurub bildirdim ki, haqqımda belə bir cümlə işlətmisən. Ona video göndərdim, baxdı gördü ki, "oğluma müğənni qız almaram" ifadəsini işlətməmişəm. Ondan sonra özü zəng vurub dedi ki, saytlardakı başlıqları görüb münasibət bildirmişdim, üzr istəyirəm. Növbəti çəkilişdə məsələyə aydınlıq gətirdik.

- Bəs digər məsələlər?

- Fədayə Laçın mənim duet ortağım olub, xətrini çox istəyirəm, sənətini də sevirəm, bir daha deyirəm ki, müəllimi də mən olmuşam. Bu, danılmaz faktdır. Amma baş verənlərin mənimlə heç bir əlaqəsi yoxdur. On beş ildir o adam tək fəaliyyət göstərir, məndən sonra da duet ortağı olmayıb. Hər kəs kimi xəbəri eşidib üzüldüm. Bu olay onun başına gələsi insan deyil. Yaxşı sənətçidi, gözəl, şən xanımdı, el sənətkarıdır. Heç kəs heç nədən sığortalanmayıb.

- Amma Fədayə Laçının bacısı sizin "Fədayə Laçının müəllimiyəm" deməyinizə sərt reaksiya vermişdi. Hətta həmin açıqlamada bir neçə görkəmli sənətkarın adı çəkilirdi.

- O açıqlamanı oxumuşam. Bu düşünülmədən deyilmiş sözdür. Bəlkə İlahə xanıma da Səidəyə dedikləri kimi nəsə deyiblər. Müəllimliyə gəlincə, Fədayə Laçın mənim yanıma gələndə "Şükriyyə"dən başqa mahnı bilmirdi. İndi "baqajı" çox böyükdür, yaxşı sənətkar kimi tanınır.

- Fədayə Laçından başqa tələbələriniz var?

- Tələbələrim, həmçinin mənim oxuduğum stildə oxuyanlar çoxdur. Şəbnəm Tovuzlu, Vəfa Şərifova, Aygün adlı bir xanım mənim tələbəm olub. Öz əmim nəvəsinə də müəllimlik etmişəm. Ancaq heç vaxt rəsmi dərs keçməmişəm. Ağdamın işğalından sonra Bakıya gəldik, aclıq oldu, çox problemlər yaşadıq. Başım toylara qarışdı deyə, müəllim işləyə bilmədim.

- Bildirmişdiniz ki, ailəmi atıb Fədayənin arxasınca düşməli deyiləm ki...

- Mənə sual verdilər ki, niyə axtarmırsan, niyə maraqlanmırsan? Bu da düşünmədən deyilən sözdür. Ailə problemlərim, qardaşlarım, bacılarım var ki, onlara mən baxıram.

- Yəni, onların ailələrinin maddi yükü sizin çiyninizdədir?

- Bir ağsaqqal kimi bütün işləri mənimlə bağlıdır. Büdrəyəni olur, qoymuram büdrəsin, axsayanı olur, qoymuram axsasın. Rəhmətə gedən qardaşımın balaları öz balalarım kimidir. Özümün bu qədər problemim ola-ola, Fədayənin arxasınca düşüb onu axtarası deyiləm ki. Eyni fikirləri yenə də deyirəm. Fədayə uşaq deyil ki. Özünü dolandıran, idarə edən insandır. Bu da onun saflığından, uzaqgörənliyi olmadığına görə başına gələn işdir. Sənətçi sənət aləmində olmalıdır. Başqa yerlərə yönələndə nəticə belə olur. Amma onun həbsinə ən çox üzülənlərdən biri mənəm. Onunla dörd il tonla çörək kəsmişik, pul qazanmışıq, ailə dolandırmışıq. Kaş belə olmayaydı. İş elə yerə gəlib dirənib ki... İndi kim Fədayənin yanına gedir ki. Gedən də ailəsinin yanına gedir. İlahə xanım da çıxıb haqqımda olmazın sözləri danışır...

- İlahə xanımın açıqlamalarından əvvəl getmək fikriniz var idi?

- Əlbəttə, fikrim var idi. Bundan sonra necə gedim? Sən İlahə dünənə qədər ayrı cür danışırdın axı. Deyirdin ki, Allah səni bizim üstümüzdən əskik eləməsin, bizə çox görməsin, əsrdə bir dəfə gələn sənətkarsan. İndi deyirsən ki, Tacir Fədayənin müəllimi ola bilməz, onun müəllimi xalqdır. Xalq müəllim olmur axı. Məsələn, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun Keçəçioğlu Məhəmmədin, Seyid Şuşinskinin müəllimləri, tələbələri praktiki, yanlarında olub. Rəsmi müəllimlik isə başqa şeydir. Amma kimsə deyə bilməz ki, efirdən Şövkət Ələkbərovanı dinləyib sənətçi oldum. Elədirsə musiqi məktəblərimizi bağlasınlar da. Kimsə haqqımı itirəndə çox pis oluram. Fədayə üçün çox əziyyət çəkmişəm. Dörd ilin əziyyətini üç cümləylə deyə bilmərəm. İlahə xanımın o sözlərindən sonra ora necə gedim? Amma görsəm ki, onun yanına getmək olur, kimsə gedir, mən də gedəcəm.

- Fədayə Laçın həbsdən azad edilərsə, yenidən duet ortağı olmaq istərdinizmi?

- Çətin ağlım kəsir, alınası iş deyil.

- O istəməz?

- Artıq gecdir, alınmaz. Allahın işidir, qismət elə gətirər ki, yenə bir yerdə çalışarıq.

- Sənət münasibətlərinizlə bağlı dedikləriniz aydındır. Amma şəxsi münasibətlərlə bağlı dəfələrlə hər ikiniz təzadlı açıqlamalar vermisiniz. Söhbət sizin vətəndaş nikahınızın olmağından gedir. İstərdim bununla bağlı birbaşa özünüzdən eşidək...

- Hamısı yalan söhbətdir. Onunla vətəndaş nikahımız, münasibətimiz olmayıb. Sadəcə, tərəf müqabili olmuşuq, bir yerdə toylara getmişik. Sonra da ayrıldıq. Ayrılmağımızı da mən yox, Fədayə istədi. Dedi ki, solo fəaliyyət göstərmək istəyirəm.

- Tacir müəllim, sənətçilər toyların azlığından gileylənirlər. Sizə tələbat varmı?

- Yaxşı sənətçiyə tələbat həmişə olur. Mən də o mənada narazı deyiləm, xalq dolandırır. Sənət göstərirəm, ruhi qida verirəm. Ona görə hələ də tələb olunuram.

- Qiymət necədir?

- Adam var yalandan çıxıb deyir ki, yüz minə (belə bir açıqlamanı xalq artisti Bilal Əliyev vermişdi-İ.V.) gedirəm. Hamısı yalan söhbətlərdi, şoudur. Toy sahibiylə danışanda maddi durumunu bilirsən də. Qiyməti də ona uyğun deyirəm. Heç vaxt dirəşmirəm ki, filan qiymət olmalıdır. Hələ elə bir şey olmayıb ki, dediyimiz qiymətlə dərhal razılaşsınlar.

- Yəqin ki, təmənnasız oxuduğunuz məclislər də çox olub.

- Əlbəttə, çox olub. Məclisinə getdiyim insanlar bu müsahibəni oxuyurlarsa, təsdiq edə bilərlər. Görmüşəm ki, o məclisdə arzu olunuram, amma imkanları yoxdur. Gedib pulsuz oxuyuram.

- Şou proqramlara gedirsiniz?

- Gedirəm, özü də təmənnasız.

- Pul vermirlər, yoxsa özünüz istəmirsiz?

- Ümumiyyətlə, şou proqramlara çox getmirəm. Çünki öz sevənlərim, dinləyicilərim var. Toylara da ardıcıl getməyi xoşlamıram. Səhhətim buna imkan vermir.

- Səhhətinizdə nə problem var?

- Əsl səs elədir ki, onun yorğunçuluğu var. Bu gün məclisdən çıxıb sabahkı məclisdə eyni güclə, eyni ürəklə oxuya bilmirəm. Ona görə də ən azı üç gün ara verirəm. Gedib kimisə aldada bilmərəm.

- Həmkarlarınız var ki bir aya 35 toy oxuyurlar. Belə çıxır ki, hər gün eyni keyfiyyətdə oxumaq olmaz.

- Əlbəttə, eyni keyfiyyət olmayacaq. Elə məclis olur ki, orada özümdən asılı olmayaraq necə ürəkdən oxuyuramsa, səhər duranda görürəm danışmağa da əziyyət çəkirəm. Düzdür, hamı balasını dolandırmağa çalışır. Ancaq heç vaxt kimisə aldada, yola verə bilmərəm.

- Əksər həmkarlarınızın biznesi var...

- Sırf sənətimdən dolanıram. On iki il əvvəl dükan açdırmışdım, onu da türklər demişkən, üzümə-gözümə bulaşdırdım (gülür). Yeddi-səkkiz min pul qoymuşdum, onu da yeznəmə bağışladım.

- Oğlunuz nə işlə məşğuldur?

- Oğlum Şahmalı Taciroğlu hərbi xidmətini başa vurub qayıtdı. Gözəl musiqilər bəstələyir. Bu il Bakı Musiqi Akademiyasına sənəd verəcək.

- Müğənnilər, aktyorlar övladlarını öz peşələrindən uzaq tutmağa çalışırlar. Bəs siz necə, dəstək olacaqsınızmı?

- Bəli, mütləq dəstək olacağam.

- Artıq əlli iki yaşınız var və fəxri adınız yoxdur. Yəqin ki, bununla bağlı müraciətləriniz olub.

- Bəli, müraciət etmişəm. Hətta bu yaxınlarda fəxri ad alacaqdım. Amma guya erməniylə duet oxuduğum barədə şayiələr yaydılar. O da məni vurmaq üçün idi. Mən də həmin işi Moskvada araşdırdım. Orada yaşayan kürd dostumla bir mahnı oxumuşduq. Onu götürüb paylaşdılar. Dedim ki, səninlə duet oxuduğuma görə mənə problem yaranıb. Video çəkdik və həmin videoda bildirdi ki, mən erməni yox, kürdəm. Əgər məsləhət olacaqsa, dövlət bu adı mənə verəcək. Bilirəm ki, nə vaxtsa fəxri ad alacağam.

- Rəsmi iş yeriniz var?

- Hələ ki yox. Amma bu yaxınlarda yaşadığım ərazinin yaxınlığındakı musiqi məktəbində yeniyetmələrdən ibarət qrup yaradım.

- Kimləri dinləyirsiniz?

- Ağaxan Abdullayev, Yaqub Məmmədov, Arif Babayev, Məsum İbrahimovu dinləyirəm. Gənc xanəndələrdən isə Təyar Bayramov, Babək Niftəliyev, Ehtiram Hüseynov, İlkin Əhmədov xoşuma gəlir, qəşəng oxuyurlar.

- Bəs estrada ifaçılarından?

- Röya, Səidə Sultan, Brilyant Dadaşovanın ifaları xoşuma gəlir. Niyam Səlamini də dinləyirəm.

Xəbərlər     Baxılıb: 1890   Tarix: 13 noyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu insanlara kəsmik yemək tövsiyə olunmur - Təhlükəlidir

Kəsmik faydalı və zülal, kalsium kimi qidalandırıcı maddələrlə zəngindir. Lakin bəzi insanlar üçün bu qidanın istehlakı məhdudlaşdırılmalı və ya tamamilə dayandırılmalıdır. kəsmik yeməməsi tövsiyə olunan insanları təqdi

.

Meditasiyaya necə başlayaq - ruhun bədənlə vəhdəti

Meditasiyaya başlamaq istəyirsinizsə, sadə addımlarla ilkin təcrübəni qazana bilərsiniz. xəbər verir ki, meditasiya düşüncələrinizi sakitləşdirmək, zehni rahatlıq əldə etmək və daxili balans yaratmaq üçün çox təsirli üsuldur

.

Son dövrlərin bəlası: qəbzlik - həll yolları

Qəbzliyin qarşısını almaq və onu müalicə etmək üçün həm qidalanma, həm də həyat tərzi dəyişiklikləri önəmlidir. qəbzlik problemindən azad olmaq üçün əsas tövsiyələr təqdim edir:. Qidalanma Dəyişiklikləri. Lifli Qidalar İstifad

.

Saçları yuyarkən edilən SƏHV - nəticəsi ölüm ola bilər

Hindistanlı neyrocərrah Dr. Arun Naik saçları yuyarkən başın arxaya əyilməsinin damarları sıxaraq ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. . -a istinadən xəbər verir ki, damarların uzun müddət əzilməsinin ölüml

.

Gündüz yatmağı zərərləri var?

Yaşlı insanlarda gündüz yuxululuğunun artması, gündüzlər yatmaq, ya da gecəni gözləmədən yuxusunun gəlməsi ciddi problemdən xəbər verə bilər. medicina-a istinadən xəbər verir ki, alimlər 445 nəfər 70-76 yaş arası insan üzərind

.

Mənfi düşüncələrdən necə qurtulmaq olar: psixoloqlardan 3 texnika

Mənfi düşüncəni iyirmi birinci əsrin əsl bəlası adlandırmaq olar. psixoloqların mənfiliklərin öhdəsindən gəlməyə kömək edəcək 3 effektiv texnikasını təqdim edir:. Düşüncəni dayandırma texnikası. "Nirvana" sözünü

.

Bu ədviyyat təbii afrodiziakdır - Yeməklərə qatılarsa

Darçın çox qədimdən istifadə olunan, həm yeməklərə xüsusi dad verən, həm də sağlamlıq üçün bir çox faydası olan ədviyyatdır. Onun əsas xüsusiyyətləri arasında iltihab əleyhinə, antioksidant, və bakteriya öldürücü təsirlər

.

Kor-koranə edilən "TÜRKƏÇARƏ"nin fəsadları

Çoxumuz xəstələnən kimi həkimdən öncə dədə-baba, nənə-bibi üsulunu sınayırıq. Hansısa otlardan inhalyasiya, buxar, isti kartofdan burunun üstünə kompress, yanığa qatıq və ya sidik çəkmək və s. Yəqin ki, bunlar haqqında eşitmisi

.

İnsan həftədə nə qədər ət yeməlidir?

Ət və ət məhsulları zülal və digər qida mənbəyidir və insan qidasında mühüm yer tutur. Lakin onun həddindən artıq istifadəsi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. -a istinadən bildirir ki, mütəxəssislər insanı

turlar.az

sonxeber.az gözəllik məhsulları geyim seçimi makiyaj etmek qaydalari xatire islamin sekilleri kokteyl paltarlari hicablı xanımlar zərdəçal bayatilar intim munasibetler lakonizm veten haqqinda bayati hakışdalar