Hemorragik insult
Etiologiyası:
Ən çox rast gəlinən səbəbləri - hipertoniya xəstəliyi, simptomatik arterial hipertenziya və anadangəlmə damar anomaliyaları, daha çox beyin damarlarının anevrizması ola bilər. Qanın laxtalanmasının pozulmaları fonunda hemorragik insult inkişaf edə bilər.
Patogenezi:
Hemorragik insult əsasən arterial təzyiqin artması səbəbli damarların partlaması nəticəsində inkişaf edir və hematoma əmələ gəlməsinə gətirib çıxarır. Buna damar divarının təbəqəiəşməsi, nazikləşməsi, anevrizmin əmələ gəlməsi, anadangəlmə anevrizm, digər damar anomiyaları və damar divarının dağılması səbəb ola bilər. Nadir hallarda isə qansızma damar divarının keçiriciliyinin pozulması nəticəsində baş verir. Bu zaman damar divarının keçiriciliyi artır, plazmanın və qanın formalı elementlərinin süzülməsi baş verir. Damarda qanın hərəkəti ləngiyəndə, damarın genişlənməsi zamanı da beyində anevrizma əmələ gələ bilir. Xırda qansızmalar birləşərək çox da böyük olmayan hemorragik ocaqlar əmlə gətirir.
Hemorragik insultlar zamanı hematoma tipli qansızmalar baş verir. Hemoragik tipli qansızma xırda damarların diapeduz yolu ilə yaranır.
Klinikası:
Hemorragik insult, həyəcanlanma, fiziki gərginlik və yorulma zamanı qəfindən meydana çıxır. Bəzən insultdan əvvəl üzə qan gəlmə, intensiv baş ağrısı, əşyaların qırmızı rəngdə görünməsi ola bilir. Bu çox vaxt kəskin baş ağrısı, qusma, tənəffüsün tüzləşməsi, ürəkdöyünmə, birtərəfli iflic və ya parez, şüurun pozulması əlamətləri ilə səciyyələnir.
MÜAYİNƏSİ: Xəstəliyin əlamətlərinə və KT müayinəsinin nəticələrinə əsasən aparılır.
MÜALİCƏSİ: Müzlicəsində qandurulducu və beyin qan dövranını yaxşılaşdıran, simptomatik preparatlardan istifadə edilir.
Milli.Az /news.milli.az









Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR
Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin
Hande Erçel sərbəst buraxıldı
Nanə əməliyyat olundu
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu
Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?
Cansever əməliyyat olundu
Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz
Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı
Aralıqlı orucla bağlı mif dağıdıldı
Konsertini buna görə təxirə saldı
Türkandan iddialı plan: Dilarə ilə dünya səviyyəli duet
Yanından keçirik, amma şəfasınl bilmirik
Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları