Hemosorbsiya nədir?
Qanın xüsusi üsulla hazırlanmış kömürdən keçirilməsi hemosorbsiya adlanır. Bu zaman qandakı müxtəlif toksik maddələri xaric etmək üçün qanı aktivləşdirilmiş kömür olan xüsusi kalonkalardan keçirərək təmizləyirlər. Hemosorbsiya zamanı əsasən qandan "orta molekullu" maddələr təmizlənir. Ona görə də xroniki böyrək çatışmazlığının müalicəsində hemodializ olunan zaman xəstələr hemosorbsiya da olunurlar. Bundan başqa hemosorbsiya aşağıdakı xəstəliklər zamanı tətbiq edilir:
- kəskin böyrəkçatışmazlığı
- qaraciyər çatışmazlığı
- endogen və ekzogen intoksikasiyalar
- qanın müxtəlif zəhərlənmələri zamanı
- narkotik maddələrin və yuxu dərmanlarının qandan təmizlənməsi zamanı
- qızılca, məxmərək, psorias zamanı.
Hemosorbsiya xüsusi sistem vasitəsilə həyata keçirilir. Xüsusi kalonkaya bərkidilmiş nazik borunun digər ucu xəstənin damarına yerləşdirilir. Qan damardan sistemin borusuna daxil olur, nasosla kalonkaya ötürülür, orada toksinlərdən təmizlənir. Hemosorbsiyanın yeganə qorxulu cəhəti prosedura zamanı hava emboliyasının baş verməsidir.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Dirilik suyu – Şalğam: Min dərdə dəva olan sehirli içkinin əvəzsiz faydaları
Çərəz yeyərkən "tək bir şərt" var
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
Konsert məni qocaldır