Hepatit A

Hepatit AHepatit A yüksək yoluxuculuğa malik Hepatit A virusu (HAV) tərəfindən törədilən qaraciyər infeksiyasıdır. HAV az patogen olsa da qaraciyərin funksinal vəziyyətini pozacaq iltihabi proses yarada bilir. HAV ilə çirklənmiş qida və ya su, hətta virus daşıyıcısı olan insan yoluxma mənbəyi ola bilər. Yoluxmuş bəzi insanlarda virus uzun müddət heç əlamət vermir. Digərlərində isə qripə bənzər şikayətlər ola bilir. Mülayim A hepatiti olan insanların adətən müalicəyə ehtiyacı olmur və xəstəlik qaraciyərdə heç bir qalıcı zədələnmə olmadan tam sağalma ilə yekunlaşır.

Hepatit B və C-dən fərqli olaraq Hepatit A xoniki hepatit və sirroz yaratmır. Gigiyena qaydalarına düzgün əməl etməklə Hepatit A virusu ilə yoluxmadan qaçmaq olar. Yoluxma riski qarşısında olan insanlar üçün effektiv peyvənd mövcuddur.

Əlamətləri

Hepatit A virusu yoluxmuş və faktiki olaraq hepatit (qaraciyərin iltihabı) keçirən bəzi insanlarda heç bir əlamət və şikayət olmaya bilər. Adətən uşaqlarda A hepatitinin əlamətləri mülayim keçir, əksinə yeniyetmə və yaşlılarda isə xəstəlik daha kəskin əlamətlərlə keçə bilir. Virusun bədəndə inkubaysiya müddəti bir aydır və bu müddətdən sonra xəstəlik qəfldən başlaya bilər. Bəzən Hepatit A qastroenteritə bənzər əlamətlər verir.
Aşağıdakı əlamətlər qeyd edilə bilər:
- Ümumi zəiflik
- Ürəkbulanma və qusma
- Qarında ağrı, xüsusilə sağ qabırqaaltı nahiyədə
- İştahahın azalması
- Subfebril hərarət
- Sidiyin tünd rəngdə olması
- Əzələ ağrıları
- Qaşınma
- Bəzən dəri və selikli qişaların saralması

Gedişi və yoluxma yolları

Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya- özünü bərpa- qabiliyyətinə malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir. Amma virus hepatitləri də daxil olmaqla elə xəstəliklər var ki, onlar elmə tam məlum olmayan mexanizmlə qaraciyərdə birləşdirici toxumanın yaranmasına səbəb olur və sirrotik dəyişikliklər yaradırlar.

Hepatit A bu gün müəyyən edilmiş Hepatit (qaraciyərin iltihabi zədələnməsi) törədə bilən altı virusdan biridir. Digərləri Hepatit B, C, D, E və G-dir və qaraciyərdə törətdiyi iltihabi prosesin dərinliyi və yayılma yolları ilə bir-birindən fərqlənir.

Hepatit A virusu adətən fekal-oral yolla keçir. Siz vurusla çirklənmiş su içməklə və ya onunla yuyulmuş qidanı qəbul etməklə yoluxa bilərsiniz. Hətta daşıyıcı olan insanın tualetdən sonra əlini yumadan hazırladığı qidanı yeməklə və ya onunla yaxın ələqədə olmaqla yoluxa bilərsiniz. Tez-tez rast gəlinən yoluxma yollarından biri də çirklənmiş suda böyümüş dəniz qidasının bişirilməmiş qəbul edilməsidir. Hepatit A virusu cinsi yolla və qan vasitəsilə də keçə bilər.

Risk faktorları

Aşağıdakı hallarda Hepatit A virusu ilə yoluxma riski var:
- Hepatit A infeksiyasının geniş yayıldığı regionlara səfər edənlər. İsveçrədə aparılmış tədqiqatlar göstərir ki, inkişaf etməkdə olan ölkələrə səfər edənlərin hər min nəfərindən 3-6-sı Hepatit A virusu ilə yoluxur.
- Hemoseksuallar
- Qeyri-qanuni narkotiklərin istifadəçisi
- Hepatit A ilə bağli elmi-tədqiqat işi aparılan mühitlə əlaqəsi olanlar
- Hemofiliya xəstələri, çünki bu xəstələrə tez-tez laxtalanma faktorlarının konsentratları köçürülür
- Bəzi hallarda qan köçürməsi zamanı da Hepatit A ilə yoluxma qeyd olunur
Həkimə nə zaman müraciət etməli
Yuxarıda sadalanan əlamətlər olarsa və hər hansı bir risk faktoru ilə təmasdasınızsa həkimə müraciət etməniz tövsiyyə edilir.

Müayinə

Həkiminz sizə aşağıdakı müayinələri məsləhət edəcəkdir:
- Qanın ümumi analizı
- Qanın biokimyəvi analızi (bilirubin və fraksiyaları, ALT, AST)
- Hepatit A anticisimlərinin təyini (Anti-HAV IgM, Radioimmunoassay üsulu ilə). Amma bu test xəstəlik zamanı, hətta ondan 1 ay sonra belə mənfi ola bilər. Odur ki, sağaldıqdan sonra da müayinənin aparılması məqsədəuyğundur.
- Qaraciyərin Ultrasəs Müayinəsi. Bununla qaraciyərdə olan zədələnmənin dərəcəsi müəyyən edilir.
- Həkim ağırlaşmalar və yanaşı gedən xəstəliklər zamanı digər müayinə usulları təklif edə bilər.

Müalicə

Hepatit A-nın elə bir spesifik müalicəsi yoxdur. Bu hallarda əsas hədəf bədənin ümumi müqavimətinin saxlanması və artırılmasıdır. Xəstəlik dövründə qidalanma vacibdir. Adətən xəstələrin səhərlər iştahası daha yaxşı olur nəinki axşamlar. Odur ki, səhərlər daha zəngin qida xəstənin infuziyalardan daha az asılı olmasına kömək edər.

Hepatit A diaqnozu qoyulmuş insan qəbul etdiyi dərmanlar haqqında həkimini məlumatlandırmalıdır. Çünki elə dərmanlar var ki, Hepatit zamanı qəbul etmək məqsədəuyğun deyil. Xəstəlik zamanı və bir müddət sonra spirtli içki qəbulu tam arzuolunmazdır. Bu qaraciyərdə olan zədələnməni daha da dərinləşdirə bilər və "oda benzin tökmək" effektini verə bilər.

Profilaktika

- Ən yaxşı profilaktika peyvənd hesab edilir. Peyvənd sizi Hepatit A-dan 20 il müddətinə qoruya bilər.
- İmmunoqlobulin qəbulu (immunizasiya) da effektiv profilaktik vasitə hesab edilir. Amma o qisa müddət ərzində təsir edir (maksimum 3 ay). İmmunoqlobulin tez təsir göstərməyə başlayır və adətən riskli regionlara qisamüddətli səfərlər zamanı məsləhət görülür.
- Əgər siz Hepatit A keçirmişsinizsə sizin peyvəndləməyə və immunizasiyaya ehtiyacınız yoxdur. Çünki sizin bədəninizdə artıq virusa qarşı formalaşmış anticismlər mövcuddur. Amma onlar sizi digər Hepatit viruslarından xilas etməyəcək.
- Gigyenik qaydalara ciddi əməl edin. Bununla siz Hepatit A virusu ilə çirklənmiş su və qidadan virusa yoluxma ehtimalınızı azaltmış olarsınız.

Sağlamlıq     Baxılıb: 2470   Tarix: 30 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

qis geyimləri 2026 maskalar geyim dəbləri çantalar qripdə nə etməli frans subert haqqinda vətənə aid bayatılar kosmetika qızlıq pərdəsi naz mila cinsi elaqe tut ağacı tutdudu novruz bayramına aid hakışda