Hepatit, piylənmə və alkoqol – Ölümcül pandemiyanın əsas səbəbləri

Hepatit, piylənmə və alkoqol – Ölümcül pandemiyanın əsas səbəbləriTibb mütəxəssislərinin "səssiz, lakin ölümcül pandemiya" adlandırdığı qaraciyər xərçəngi ilə bağlı qlobal həyəcan təbili çalınıb.
Milli.Az xəbər verir ki, "The Lancet" jurnalında dərc olunan yeni araşdırmaya görə, tədbir görülməzsə, 2050-ci ilə qədər dünyada 1,5 milyon yeni qaraciyər xərçəngi hadisəsi qeydə alınacaq.
Ən çox rast gəlinən növ - hepatoselüler karsinoma (HCC) - dünya üzrə sürətlə artmaqdadır. Beynəlxalq Hepatoselüler Karsinoma Komissiyasının 30-dan çox ölkədən mütəxəssislərinin hazırladığı hesabat göstərir ki, 2022-ci ildə 0,87 milyon yeni hadisə qeydə alınıb, 2050-ci ildə isə bu rəqəm 1,52 milyona çatacaq.
Orqan Nəqli və Ümumi Cərrahiyyə Mütəxəssisi Dos. Prof. Dr. Veysel Umman bildirib ki, qaraciyər uzun müddət heç bir əlamət vermədən xəstələnə bilər:
"Qaraciyər yağlanması hallarına ciddi yanaşmaq, mütəmadi müayinələrdən keçmək lazımdır. Əks halda gecikmiş diaqnoz həyat itkisinə gətirib çıxara bilər."
Mütəxəssislərin fikrincə, xəstəliyin yayılmasının əsas səbəbləri bunlardır:
Hepatit B və C viruslarının geniş yayılması;
Spirtli içkilərin həddindən artıq qəbulu;
Piylənmə və qaraciyər yağlanması;
Şəkərli diabet və qeyri-sağlam qidalanma;
Oturaq həyat tərzi.
Dr. Umman vurğulayıb ki, erkən mərhələdə aşkarlanan xəstələrə cərrahiyyə, ablasiya və ya qaraciyər transplantasiyası kimi müalicələr tətbiq edilə bilər. Lakin gecikmiş diaqnoz zamanı sağalma şansı kəskin azalır. Onun sözlərinə görə, risk qrupunda olan şəxslərin hər 6 aydan bir qaraciyər ultrasəs müayinəsindən keçməsi həyati əhəmiyyət daşıyır.
Milli.Az

Xəbərlər     Baxılıb: 980   Tarix: 15 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

makiyaj instagram qaşların formalari gelinlikler faydalı bitkilər vaginal quruluq ilk cinsi əlaqə şef master kosmetika kahfe fali novruz bayramı haxışta hüzeyir hacibəyov zəhmət cantalar