Hər beş qadından biri bu xəstəliyə tutulur
Miqren beyindəki bir sıra kimyəvi dəyişikliklərdən qaynaqlandığı ehtimal edilən, lakin yaranma səbəbi dəqiq məlum olmayan xroniki xəstəlikdir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu xəstəlik qadınlar arasında kişilərə nisbətən daha çox yayılıb. Belə ki, hər beş qadından biri tez-tez miqren tutmalarına məruz qalır. Kişilərdə isə bu 1/10 nisbətindədir. Bu da qadınların daha emosianal olması ilə əlaqələndirilir.
Miqren əsasən başın bir hissəsində yaranır. Şiddətli tutmalar zamanı göz qaralması, göz yaşarması, baş dönməsi, ürək bulanma, səs, işıq və qoxulara qarşı həssaslıq müşahidə edilir.
Alkoqol, aclıq, doğru tərtib edilməyən pəhriz, az yemək, az su qəbulu, ağır fiziki iş, uzun müddət yol getmək, kəskin qoxular, , başı həddən artıq isti saxlamaq, ətirlər, güclü işıq, stres, qorxu, hormonal dərmanların qəbulu, qan dövranı pozulması bu xəstəliyi tətikləyən səbəblərdəndir.
Onu da qeyd edək ki, hər baş ağrısı miqren deyil. Bu diaqnozun qoyulması üçün tomoqrafiya cavablarının təmiz olması, baş ağrılarına səbəb olacaq hər hansı bir amilin olmaması gərəkdir.
Milli.Az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Zarina məzun oldu - FOTOLAR
Zaur Əmiraslanovdan toy bazarına etiraz: "Səsimə heyfim gəlir
Xanımından Azərlə bağlı paylaşım - FOTOLAR
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
Hazal ailəsi ilə Türkiyəni tərk edir
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
Məşhur fransız müğənni vəfat etdi