Hər dərdin dərmanı olan sözlər

Hər dərdin dərmanı olan sözlərƏziz qardaşım! Əziz bacım!

Əgər dadına çatan, köməyinə yetən, harayını eşidən yoxdursa...

Əgər çətinliklərin nəhəng girdabında dalğadan-dalğaya atılan tənha qayıq kimi gözün sahili axtarırsa... Bataqlığa düşmüş adam kimi sənə uzanacaq əl sorağındasansa... Hər yerdən və hər kəsdən ümidin üzülübsə... O zaman Onun yardımına sığın, "ya Müğis" deyə, Onu çağır!

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər evdə əlacsız xəstən varsa... Canından çox sevdiyin əziz adamın gözünün qarşısında əriyib-gedirsə... Təbiblərin dərmanı, həkimlərin əlacı fayda vermirsə... Xəstəni sağalda biləcək son ümid yerin olan məlhəmi almağa pulun yoxdursa... O zaman Onun şəfa qapısına üz tut, "ya Şafi" deyib dua et!

Əgər günahlarını yada saldıqca gözün qaralır, qəlbin sıxılırsa... Cəhənnəmin istisini öz bədənində hiss edirmiş kimi qovrulursansa... Əgər vicdanının məhkəməsi qarşısında boynunu büküb durduqca heç zaman bağışlanmayacağına yəqinliyin daha da artırsa... Insanların üzünə baxmaqdan utanırsansa... O halda "ya Ğəfur" deyə pıçılda!

Əgər bütün qapılar üzünə qapanmışsa, qulpundan yapışdığın hər iş yarımçıq qalırsa... Əgər bağlı qapıları açmağa gücün, yarımçıq işləri bitirməyə iradən çatmırsa... "Ya Fəttah" deyə haray sal!

Əgər hər kəs səndən uzaq qaçırsa, təsəlli üçün üz tutduğun hər adam öz ürəyinin pəncərəsini sənin üzünə qapayırsa... Özünü dünyada hamıdan tənha, hər kəsdən uzaq hiss edirsənsə... Əzizlərinin laqeydliyi, yaxınlarının uzaqlığı səni üzürsə... "Ya Qərib" söylə, Onun sənə boynundakı şah damarından da yaxın oduğunu duymağa çalış!

Əgər yolların ayrıcında durub işıq axtarırsansa... Gözlərin yolun sonunu bəlirtən işarəni arayırsa... Hər yan vahiməli zülmətə bürünübsə... Bələdçin, yolgöstərənin yoxdursa... Hara getməli olduğunu bilmirsənsə və bir kəsdən öyrənməyə ümidin də qalmayıbsa... Onun çırağını axtar, Onu səslə, "ya Hadi" söylə!

Şübhələrin pəncəsində əzilirsənsə... Doğrunu yalandan, yaxşını pisdən, düzü əyridən ayırmağın meyarını gəzirsənsə... Eyni şeyə biri haqq, o biri batil deyirsə... Güclə qazandığın yəqinliyi bircə şübhə ilə darmadağın edirlərsə... İllər uzunu, bəlkə bir ömür boyu inandığın dəyərlərin puç olduğunu sübut etməyə çalışırlarsa... Bu qarışıqlıqda kimin doğru, kimin səhv dediyini kəsdirmirsənsə... Üzülmə, "Ya Mubin" deyə, Onu səslə!

Səhərdən axşama kimi bir qarın çörək üçün əlləşib-vuruşursansa, amma yenə qazancın bəs etmirsə... Ayın sonunda aldığın məvacib vacib ehityaclarının yarısına da çatmırsa... Təmirə ehtiyacı olan evinin divarlarına, övladının cırılıb-dağılmış ayaqqabılarına, həyat yoldaşının əynindəki rəngi getmiş gödəkcəyə baxıb xəyallara dalırsansa... Harada ucuz taparam deyə, eyni mal üçün dükanları gəzirsənsə... "Ya Rəzzaq" deyə əllərini Onun dərgahına aç!

Əziz adamını uzaq səfərə, yeganə oğlunu hərbi xidmətə yola salmısansa... Onun nigarançılığı ilə ürəyin çırpınırsa... Hər dəfə qapı döyüləndə, telefon zəng çalanda bəd xəbər olmasın deyə, o biri dünyanı görüb-gəlirsənsə... Televizor ekranından təbii fəlakətlər, qətllər, xəstəliklər, bədbəxt hadisələr, yol qəzaları haqqında görüntüləri seyr edəndə üzülürsənsə... Qorxma, Onu səslə, "ya Hafiz" de!

Əgər qorxduğun birisi varsa... Təzyiqlərdən, təhdidlərdən, təqiblərdən cana doymusansa... Zəifsənsə, səni əzirlərsə... Haqlı olduğun halda səni təkləyib haqsız çıxarırlarsa... Hüququnu tələb edəndə ağzından vururlarsa... Gen dünyanı başına dar edirlərsə... Şər, böhtan, zülm, həqarət halqasında əsir olmusansa... Sənə zülm verənləri yerlə-yeksan etməyə gücü çatan qüvvəni çağır - "ya Qahir" deyə.

Sevgiyə tamarzısansa... Səmimiyyət gözləyəndə xəyanətlə üzləşirsənsə... Sevgi ilə qucaq açıb gəldiyin zaman nifrət divarı qarşını kəsirsə... Nəvaziş, təsəlli, doğmalıq, təbəssüm axtarışında gəzirsənsə... Sənin göz pəncərəndən boylanıb ürəyinə ilıqlıq gətirəcək baxışlara, saçını tumarlayacaq əllərə, qulağını oxşayacaq xoş sözlərə hava kimi, su kimi ehtiyacın varsa... Hüdudsuz məhəbbətin ünvanını ara, "ya Rəuf" deyə Ondan sevgi um.

Öz evində özünü özgə, vətəndə qərib, doğmaların əhatəsində yad kimi hiss edirsənsə... Dünyaya zindan, ölümə qurtuluş kimi baxırsansa... Əsl məskənini axirətdə axtarır, amma günahlarını yada salıb pərişan olursansa... Nə dünyada, nə də axirətdə özünə yer tapa bilmirsənsə... Yaşamağa iradən yoxdursa, ölüb sorğu-sual qarşısında durmağa üzün gəlmirsə... "Ya Rəhmanu ya Rəhim" zikri ilə aram tapmağa çalış.

Əgər bunların hamısını birlikdə istəyirsənsə, bircə dəfə, amma bütün varlığınla "ya Allah" de...

Xəbərlər     Baxılıb: 1880   Tarix: 05 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

sac duzumleri yemek reseptleri geyim dəbləri uşaq psixologiyası gozalti maskalar salatların hazırlanması kosmetika suni mayalanma maska hakiwda sirin qogal tərəzi bürcü