Hər gün 1 xurma yemək üçün 7 SƏBƏB
Xurmanın faydaları insanlara qədım zamanlardan məlumdur. Xurma əsl vitamin və minerallar anbarıdır.
Zəngin kimyəvi tərkib xurmanı bir çox orqan və sistemlər üçün faydalı edir.
Xurmanın faydaları arasında:
1. Kalium, maqnezium və dəmirlə zəngin olan xurma ürək-damar və qan sistemi üçün çox faydalıdır - ürəyi möhkəmləndirir, damarların sağlamlığını qoruyur, aterosklerozun inkişafının qarşısını alır, qanın tərkibini yaxşılaşdırır.
2. Xurma yodla zəngindir. Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan mineraldır. Bu mineralın orqanizmdə çatışmazlığı müxtəlif qalxanvari vəzi xəstəliklərinə səbəb olur.
3. Saglamolun.az bildirir ki, qidalı liflər və pektin maddələri ilə zəngin olan xurma bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, bağırsaqları yaxşı təmizləyir .
4. Xurma beta-karotin maddəsi ilə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. A vitamini normal görmə üçün çox vacibdir.
5. Xurma dərinin vəziyyətini yaxşılaşdırır.
6. Antioksidantlarla zəngin olan xurma xərçəngəleyhinə xüsusiyyətlərə malikdir.
7. Xurma əla sidikqovucudur - böyrəkləri və sidik yollarını təmizləyir, iltihabı azaldır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi