Hər gün bir ovuc yeyin- Bədəninizdəki dəyişikliklərə inanmayacaqsınız
Son tədqiqatlar göstərir ki, fındıq istehlakı ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır. Qoz və ya fıstıq yerinə hər həftə bir ovuc fındıq istehlak edənlər, bədənlərindəki dəyişikliklərə inanmayacaqlar.
Milli.Az xəbər verir ki, fındıq "pis" LDL xolesterolunu azaldır və HDL xolesterolunu artıraraq ürək sağlamlığını yaxşılaşdırır. Həftədə 5 və ya daha çox dəfə fındıq yeyən insanların ürək-damar xəstəliklərinə tutulma riski %14 azalır.
Fındıq dislipidemiya, tip 2 diabet və metabolik sindrom kimi problemləri azaltmağa kömək edir və koroner ürək xəstəliyindən qoruyur.
210.000-dən çox tibb işçisinin məlumatları əsasında edilən bir araşdırma qoz-fındıq istehlakının koroner ürək xəstəliyi riskini %20 azaldığını göstərib.
Fındıq istehlak edənlər ürək-damar xəstəliklərindən %34 daha az ölüm riski daşıyırlar.
Hər həftə 28 qram fındıq istehlak edənlərin ürək-damar xəstəlikləri riskini %17 azaltdığı, ürək-damar xəstəliklərindən ölüm səviyyəsinin isə %31 azaldığı qeyd edilir.
Fındıq ürək sağlamlığını yaxşılaşdırmaq üçün ən yaxşı və ən sağlam seçimlərdən biridir.
Fidan
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi