Hər gün sarımsaq yemək hansı xəstəliklərdən qoruyur - Məşhur həkim

Hər gün sarımsaq yemək hansı xəstəliklərdən qoruyur - Məşhur həkimSarımsaq mineral və vitamin deposu hesab olunur. Tərkibində A, B, C vitaminləri, kükürd (sarımsağın spesifik qoxusu onunla əlaqədardır), maqnezium, yod, 21 növ təbii antibakterial maddə və s. var. Çox güclü mikroböldürücü xassəyə malikdir. Xüsusən də qrip viruslarını öldürür, qrip və soyuqdəymənin ağırlaşmasının qarşısını alır, həmçinin sarımsağın təkibindəki uçucu yağlar otaq havasındakı virusları da məhv edir.
"Medicina" xəbər verir ki, fitoterapevt Fizuli Hüseynovun sözlərinə görə, hər gün sarımsaq yeyilməsi qan damarlarını rezin kimi elastik edir, qansızmaların qarşısını alır, infarkt, insult, yüksək təzyiq, qanda yüksək xolesterin kimi xəstəliklərə tutulma riskini azaldır.
Həkim qeyd edib ki, İsveçrədə məktəbli uşaqları sarımsaq yeyib gəlməyə məcbur edirlər, çünki sarımsaq yeyən uşaqlar digərlərinə nisbətən yoluxucu xəstəliklərə, əzələ qıcolmalarına və əzələ iflicinə daha az tutulurlar.
F.Hüseynov tanınmış alim və təbibimiz İbn Sinanın reseptlərində ən çox istifadə etdiyi müalicə vasitəsinin sarımsaq olduğuna diqqət çəkib.
"Əgər qulağınızda, qulaq ətraflarında, hətta üzünüzdə güclü ağrılar və qulağınızın yalnız birində küy varsa 1 diş sarımsağı həmin qulağın içinə qoyun, yarım saat gözləyin və götürün, dərini qıcıqlandırmadıqda daha çox saxlayın. Bunu gündə bir dəfə edin, ağrılarınız keçəcəkdir".
Sarımsağın faydaları:
- Ürək əzələsini qüvvətləndirir, vurma gücünü artırır
- Dəridə olan yaraları sürətlə sağaldır
- Damarların mənfəzini genişləndirir
- Yuxarı tənəffüs yollarının bütün xəstəliklərində, kəskin və xroniki bronxitdə istifadə olunur
- Revmatizm zamanı faydalıdır
- Bağırsaqda disbakterioz səbəbindən baş verən qəbizlik, ishal və ürəkbulanmalarda faydalıdır
- Vərəm xəstəliyində istifadə olunur
- Qaraciyərin ferment aktivliyini artırır, ödqovucudur, ödün tərkibini durulaşdırır
- Qanı toksin və mikroblardan təmizləyir
- Çox güclü əsəb sakitləşdiricidir
- İştahanı artırır
- Yuxunu dərinləşdirir
- Cinsi istəyi artırır
- Bağırsaqda parazitlik edən bütün qurdları məhv edir
- Müğənnilər üçün faydalıdır, çünki səsi gözəlləşdirir
- Saç tökülməsinin və ağarmasının qarşısını alır
- Dərinin ziyil və çiban kimi xəstəliklərinin qarşısını alır
- Böyrəkləri çalışdırır, sidikqovucudur, daş əmələgəlmənin qarşısını alır
- Bağırsaqda çürümə törədən zərərli bakteriyaları öldürür, bununla da ömrü uzadır
- Bağırsaq göbələyinin qarşısını alır
- Prostatitdə və qadınlarda yumurtalıqların iltihabında faydalıdır
- Qanı durulaşdırır
- Qanda şəkərin miqdarını normallaşdırır və qan dövranını nizamlayır
- Boğazgəlmələrdə (angina) və faringitdə faydalıdır
- Əzələ qıcolmalarında faydalıdır
- Zobun profilaktikasında istifadə olunur
- Qan təzyiqini aşağı salır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1224   Tarix: 03 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

aksessuarlar gozel gorunmek qadin dunyasi badimcandan qisa hazirliq mede tursusu ayaqqabı və çanta ayaqqabi ve cantalar kosmetika hakistalar balıq yuxuda qara ilan gormek şəkərbura vətən haqqında bayatı