Hər il 300 min insan uşaqlıq boynu xərçəngindən ölür - Qarşısını almaq üçün nə etməli?
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 300 min qadın uşaqlıq boynu xərçəngindən ölür.
Milli.Az e-sağlam.az-a istinadən xəbər verir ki, xəstəliyin əsas səbəbi cinsi yolla keçən HPV virusudur və erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Cenk Mustafa Güven HPV peyvəndi və skrininq testlərinin xərçəngdən qorunmada vacib olduğunu vurğulayır:
"9-30 yaş arasında HPV peyvəndi almaq ömür boyu qorunma təmin edir. 21 yaşdan sonra isə hər 3 ildən bir HPV müayinəsi tövsiyə edilir.
Risk faktorları arasında erkən cinsi fəaliyyət, çoxlu cinsi partnyor, zəif immunitet, siqaret çəkmək və qeyri-sağlam qidalanma yer alır.
Xəstəliyin simptomları arasında anormal menstrual qanaxma, qanlı və pis qoxulu axıntı, cinsi əlaqə zamanı qanaxma, bel və ayaqlara yayılan ağrı, ödəm və ağrılı sidik ifrazı göstərilə bilər. Bu simptomları yaşayan qadınların dərhal həkimə müraciət etməsi tövsiyə olunur".
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi