Hər sevginin bədəli var

Hər sevginin bədəli varİstəyirsən ki, bu dünyada bir əlin yağda, bir əlin balda olsun, axirətin də cənnət olsun.
Nə deyirik, qismətindirsə, olsun, amma bildiyimiz bir həqiqət var ki, axirətini istəyən gərək dünyada hər cəfaya qatlansın. Quran bizə bildirir ki, axirət üçün yaşayın, amma dünyadan da nəsibinizi alın. Bu, heç də o demək deyil ki, zahid kimi tərki-dünya olasan, ya da axirəti unudub dünyanın zövqünə dalasan. "Dünyadan nəsibin almaq" mömin üçün ondan zərurət miqdarında faydalanmaqdır.
Rəsulullahın (s.ə.s.) yaşadığı səadət əsrində elə möhtəşəm ruhlar, elə xariqüladə şəxsiyyətlər var ki, hərəsi göy üzündə bir ulduz kimi parlayır, hərəsi bir iman abidəsidir. Allaha elə iman ediblər, Rəsulullaha elə təslim olublar ki, dünya onların sarsılmaz imanı qarşısında diz çöküb. Ac olublar, lüt olublar, evsiz, yurdsuz olublar, amma hər biri dünyadan daha böyük, dünyadan daha güclü olublar.
Bilal Həbəşi bir kölə idi, gündə bir ovuc xurma qarşılığında dəvə otarırdı. İslamı qəbul elədi və başına olmazın müsibətlər gəldi. Boynuna kəndir bağlayıb it kimi Məkkənin küçələrində dolaşdırdılar, yıxılanda sürüdülər. Musab Məkkənin ən yaraşıqlısı, dəliqanlısı idi, İslamı qəbul elədi və dünyanın bütün naz-nemətlərindən uzaq oldu. Uhudda şaqqalanaraq şəhid oldu. Rəsulullahın "Mənim Cənnətdəki qonşum" dediyi Musabın geyimini özünə kəfən elədilər, yetmədi, üzünü örtdülər, ayağının üstünə ot yığdılar. Peyğəmbərin əmisi, ən çətin anlarında dayağı olan, şəhidlərin seyyidi Həzrəti-Həmzəni nizəylə şəhid elədilər, burnunu, qulaqlarını, dodaqlarını kəsdilər, köksünü yardılar, ciyərini çıxardılar. Hubeybə "Məhəmmədin peyğəmbərliyini inkar elə, səni azad edək", - dedilər. "Mənim bir deyil, min canım olsa da hamısını ona qurban edərəm. Onun ayağına tikan batınca mənim vücudum parça-parça olsun", - söylədi, elə boğazı kəndirdəcə sevimli Peyğəmbərinə salam göndərdi və şəhadət şərbətini sevə-sevə içdi.
Hələ İmam Hüseyndən danışmırıq. O İmamdan ki, İslamın haqq üzünü dünyaya nüməyiş etdirmək üçün təkcə öz canını deyil, yaxınlarının, ailəsinin, qundaqdakı körpəsinin qanını, canını fəda elədi.
İnsan öz sevgisinin bədəlini ödəməyi qəbul etməlidir. Azadlıq istəyən məhbəsi göz altına alsın, Allaha (c.c.) və Rəsuluna (s.ə.s.) aşiq olduğunu söyləyən bu yolda başından keçməyə hazır olsun. Hər şeyin qarşılığı var, qarşılıqsız Cənnət olmur.
İndi hər kəs öz içinə, öz vicdanına boylansın, Allah üçün, Peyğəmbər üçün sən nəyə hazırsan, hansı fədakarlığa qatlana bilərsən. Bax və öz dəyərini bil! Bu qədər bəsit.
İstəyirsən ki, dünyada bir əlin balda olsun, bir əlin yağda, axirətin də Cənnət olsun. Nə deyirik ki...
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1010   Tarix: 10 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geymler 2026 geyim dəbləri yemek reseptleri almaniya haqqinda melumat sizanaqlara qarsi maska hamiləlikdə qaragatin faydasi kosmetika azerb clpaq qadinlari webnem tovuzlu statuslar novruz bayramina aid hakistalar həmidə