Hərarət saat 17:00-da 37.3 göstərirsə, bu normal haldır

Hərarət saat 17:00-da 37.3 göstərirsə, bu normal haldır"İnsanlarda stress, yuxusuzluq, əsəbi gərginlik yüksək səviyyəyə qalxıb.
Üstəlik havalar dəyişkən keçdiyi üçün gündüzlər özlərini yorğun, ümumi zəif, halsız, hətta hava çatışmazlığı hiss edə bilərlər. Bu karonavirusun əlamətlərini xatırladır deyə insanların narahatlığı və qorxusu artır. Zatən Azərbaycanda 70% insanı dindirən kimi deyirdi ki, məndə nevroz var. İndi o nevrozların halını təsəvvür edin. Hamı gündə bir neçə dəfə temperaturunu ölçür, heç kimi qınamıram, əlbəttə. 37 dərəcə temperatur görən kimi bəzilərini az qalır infarkt vura".
Bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, bədən hərarəti insanın yaşından, çəkisindən, cinsindən, əlavə xəstəliklərindən, maddələr mübadiləsinin sürətindən, içdiyi dərmanlardan, yediyi yeməklərdən, qəbul etdiyi maye miqdarından asılı olaraq hətta günün müxtəlif saatlarında dəyişir.
"Qadınlarda həm menstruasiyadan əvvəl, həm menstruasiya vaxtı, həm də ondan sonra (perimenstrual dövr) temperatur normal olaraq yüksək ola bilər.
Həm kişilərdə, həm qadınlarda günün səhər saatlarında hərarət ən aşağı, günortadan keçdikdən sonra normal olaraq ən yüksək olur.
Sizin hərarət saat 17:00-da 37.3 göstərirsə, bu tam normal haldır.
Ümumiyyətlə hərarət ağızda ölçülməlidir, termometr dilin altına qoyulmalıdır. Əlbəttə ki, termometrlər müxtəlifdir, hərəsinin öz üstünlüyü və çatışmazlığı var, böyük mövzudur, gələcəkdə bu mövzuya toxunaram.
Ağızda ölçülən temperatur 38 dərəcə göstərməlidir ki, qızdırma var deyək. Əslində hələ böyüklərdə 38.3-dür, mən bir az azaldıram ki, ehtiyatlı olsunlar. Qoltuqaltında isə 37.5-dən yuxarıdırsa, diqqət tələb edir. Bu rəqəmlərdən aşağı olan hərarət qızdırma sayılmır, heç bir klinik əhəmiyyəti yoxdur. Alında lazerlə ölçülən termometrlərdə isə siqnal 37.7 olmalıdır.
Bəzən deyirlər ki, ay həkim, məndə neçə gün 37.3 temperatur oldu, bunun səbəbi nə idi? Yuxarıda yazdıqlarımı oxuyun. Əlavə edim ki, biz insanlar hər gün əhəmiyyətsiz, müalicəyə ehtiyac olmayan çoxsaylı "xəstəliklərə" tutuluruq və öz-özümüzə sağalırıq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1643   Tarix: 08 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj etmek qaydalari qadin dunyasi sac duzumleri qəlyanaltı reseptləri artiq cekiden azad olmaq qan qruplari haqqinda melumat haxışta kosmetika novruz bayrami qizliq perdesi oğlaq vidyolar burclər