"Hərdən adlar, sözlər yaddan çıxırdı... Çay içəndə fincanı bir tərəfə əyirdim" ... – Onkoloji xəstələrdə qeyri-adi simptomlar

Bəzən demək istədiyini unutmaq, nə etmək istədiyini bilməmək, çay içəndə əlin titrəməsi, fincanın əyilməsi kimi ilk baxışdan əhəmiyyətsiz simptomlar sonradan onkoloji şiş aşkarlanan xəstələrin xatırladıqları məqamlardır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, London Kral Kollecinin həkimləri xərçəng xəstələrinin xəstəlik tarixçələrini qeydə alaraq, onların diaqnoz qoyulandan öncə özlərində hiss etdikləri qeyri-adi əlamətləri toplayıblar.
Stress, qocalıqla səhv salınan xərçəng
Xəstələrin çoxu onlarda baş verən dəyişikliklərin yorğunluq, stress, yaşlanma ilə bağlı olduqlarını  düşünüblər.
Ekspertlər 39 pasiyentlə söhbət aparıblar. Hər bir xəstə əhəmiyyət vermədiyi əlamətləri xatırlayıb. Bunlar o qədər kiçik şeylər olub ki, həkimə getməyə belə səbəb hesab edilməyib.
" Biz bu qeydləri açıqlamaqla diqqəti erkən diaqnostikaya yöməltmək istəyirik. Bu əlamətlər xəstəliyin işarəsi ola bilər. Ən kiçik detal, dəyişiklik belə diqqətdən qaçmamalıdır" -deyə tədqiqatşılar bildirib.
Bir çox xəstələrin hekayələri, əlamətləri hətta oxşardır:
" Çay içəndə mənə elə gəlirdi ki, fincanın bir tərəfi əyilir, əsir - deyə 63 yaşlı qadın yada salır- Amma mənim ağlıma gəlməzdi ki, xərçəng var. Elə bilirdim qocalıqdandır".
" Mən çox yorulurdum. Əvvəlki kimi işləyə bilmirdim. Hamı yorğunluqdan şikayət edirdi"-  33 yaşlı pasiyent deyir.
" Gündüzlər yatmaq istəyirdim. Yuxum gəlirdi. Elə bilirdim normal haldır, axı 50 yaşım olurdu".
" Danışanda sanki dilim topuq vurur, dolaşırdı. Bu çox az çəkirdi, sonra düzəlirdi".
"Çox vaxt demək istədiyimi unurdum,  bildiyim sözü xatırlaya bilmirdim"
Çox xəstələr isə hardansa kənar, heç vaxt duymadıqları bir qoxudan bəhs ediblər. Halbuki başqaları bu qoxunu hiss etmirdilər.
Bu əlamətlərə görə həkimə getməyi ağılsızlıq hesab edən xəstələr qiymətli vaxtı əldən qaçırıblar.
Beləliklə, xərçəngönü və artıq xərçəng olan insanda bu əlamətlərdən bir çoxu müşahidə edilir:
-Qısa müddətdə dildə, yazıda geriyə qalma, kəkələmə, çətinlik
-Diqqət və yaddaşın pozulması
-Koordinasiya, əl hərəkəti, gəzmədə dəyişiklik
-Yuxunun pozulması
-Həddən artıq yorğunluq
-İşığa, rəngə, səsə, qoxuya, yeməyə qarşı həssaslıq
-Xarakterin dəyişməsi, sakit adamın qıcıqlı olması, əsəbi adamın durğunluğu
Xüsusən beyində rast gəlinən 70 cür şiş xəstəliyində şişin yerləşdiyi yerdən asılı olaraq, müxtəlif nevroloji problemlər ola bilər. Pasiyent bu əlamətləri gördükdə, ilk növbədə nevroloqa müraciət etməlidir. Daha sonra isə MRT olunmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1256   Tarix: 23 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

qadin sayti yay kolleksiyasi geyim şəkilləri hicablı xanımlar geyimlər allergiya qarın yağları kosmetika novruza aid hakışta hamilelik qaynanaya aid həsən bəy zərdabi hakışdalar