Həyat yoldaşına məktub yazdı, amma göndərə bilmədi

Həyat yoldaşına məktub yazdı, amma göndərə bilmədiRiçard Freynman 13 yaşında qonaqlıqların birində Arlini görür və aşiq olur. Onların toyu ərəfəsində Arlin ağır xəstəliyə tutulur. Həkimlər onun iki ildən çox yaşamayacağını bildirirlər.Arlinin ailəsi və Riçard qızın xəstəliyini ondan gizlədirlər. Həkimlər qıza limfatik vəzilərinin vərəmi diaqnozunu qoyurlar. Riçardın ailəsi onun yolxucu xəstəliyi olan qızla evlənməsinə etiraz edir. Lakin o, sözündən dönmür.

1945-ci ilin iyununda görkəmli amerika fiziki Riçard Feynmanın həyat yoldaşı Arlin Feynman vərəm xəstəliyindən dünyasını dəyişir. O, zaman Arlin 25 yaşında idi.

Arlinin ölümündən 16 ay sonra Feynman həyat yoldaşına məktub yazır və onu konvertə qoyub bağlayır.

Arlindən sonra məşhur alim 43 il yaşayır.

Riçard Freynmanın ölümündən sonra sənədlərinin arasından Arlinə yazdığı və Arlinin heç vaxt oxumadığı saralmış məktub tapılr.

________________________________________

Riçard Feymandan sevimli həyat yoldaşına yazdığı, yoldaşının isə heç vaxt oxumadığı təsirli məktubu

Əzizim Arlin,

Mən səni çox sevirəm, əzizim.

Bilirəm ki, sən bunu heç vaxt eşitməyəcəksən, amma bunu təkcə səni sevindirmək üçün yazmıram. Bunu ona görə yazıram ki, mənim qəlbim də rahatlaşır. Fikirləşirdim ki, bunu sənə yazmağın heç bir mənası yoxdur.

Mənim əziz həyat yoldaşım, indi bilirəm ki, bunu əvvəllər etdiyim kimi etməliyəm. Sənə, səni sevdiyimi deməliyəm. Mən səni sevirəm və sevəcəyəm.

Sən öldükdən sonra beynimə səni sevdiyimi anlatmaq çox çətindir. Mən hələ də səni qorumaq və qayğına qalmaq istəyirəm. İstəyirəm ki, sən də məni sevəsən, mənim qayğıma qalasan. Əvvəllər birlikdə gəzdiyimiz anları xatırlayıram. İndi bunu edə bilərəmmi? Yox. Mən sənsiz tamamilə təkəm. Sən mənim ideyalarımın və ölçüyə sığmaz macəralarımın ilham mənbəyi idin.

Xəstə olanda qayğıma yaxşı qala bilmədiyin üçün narahat olurdun. Narahat olmağa dəyməzdi, buna ehtiyac yox idi.
Həmişə sənə deyərdim ki, mən səni sadəcə var olduğun üçün sevirəm. İndi isə bunu daha yaxşı dərk edirəm.

Sən artıq mənim üçün heç nə edə bilməzsən, mən isə səni elə çox sevirəm ki, artıq heç kimi sevə bilmərəm. İstəyrəm ki, belə də olsun. Çünki sən bu dünyada olmasan da, hər kəsdən yaxşısan.

Bilirəm ki, mənə dəli deyəcəksən, sən mənim xoşbəxtliyimi istəyirsən, yolumda durmaq istəmirsən. Amma ayrıldığımız bu iki ildə mənim qadınım yalnız sən olmusan. Buna nə sən, nə də mən təsir edə bilərəm. Özüm də başa düşə bilmirəm. Ətrafımda bu qədər qızlar var ikən, mən tək qalmaq istəyirəm. Çünki qəlbimdə ancaq sən varsan.
Mənim əziz sevgilim., səni sevirəm.

Mən arvadımı sevirəm. Mənim arvadım vəfat edib.

Riç

PS: Bağışla ki, məktubu sənə göndərə bilmirəm, çünki hara göndərəcəyimi bilmirəm.

Jeyms Qleykin "Dahi: Riçard Feynmanın elmi və həyatı" kitabından

Həyat yoldaşına məktub yazdı, amma göndərə bilmədiHəyat yoldaşına məktub yazdı, amma göndərə bilmədi

Ailə və Uşaq     Baxılıb: 3203   Tarix: 16 iyul 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

qis geyimləri 2026 qadin dunyasi kosmetik vasiteler bizim mətbəx tüklərin təmizlənməsi evde manikur nece edilir maraqlıdır kosmetika kurtlar vadisi baldıza aid hakışta vətən həsrəti qogal kahfe falı