Həyat yoldaşlarının bir-birilə rəftarı necə olmalıdır?
Ərlə arvadın bir-birinə qarşı münasibətləri gərək ədəb, vüqar, dostluq və rəfiqliq, anlaşılma, həmkarlıq, məhəbbət, təvazökarlığın məhsulu olsun. Onların bir-birinə münasibəti gərək qarşılıqlı hörmət, bir-birinin şəxsiyyətinə dəyər vermək üzərində olsun. Kişi gərək bilsin ki, qadınlar yaradılış baxımından zərif, lətif, mehriban, həya və xəcalət, məhəbbət mənbəyidirlər. Onlarla rəftar zamanı lazımdır ki, bütün bu xüsusiyyətlərə diqqət edilsin.
Qadın da gərək bilsin ki, kişilər yaradılış baxımından güclü, müqavimətli, qadından daha ağır xüsusiyyətlərə malikdir - xülasə həyat binasının əsas sütunu onlardır. Kişilər qadınların həyat dayağıdırlar. Üstünlüyə qaldıqda ki, bəziləri bəzilərindən üstündürlər, ona görədir ki, öz mal və sərvətini, ailəsi, həyat yoldaşı və övladlarının güzaranı üçün xərcləməlidir. Bunu nəzərə alaraq, səxavətli həyat yoldaşı və alicənab qadınlar ərlərinə qarşı öz rəftarlarında bu məsələlərə riayət etməlidirlər. Ailənin mehriban olması üçün bu həqiqətlərin hər iki tərəfdən həyata keçirilməsi mümkün olan bir əməldir.
Səy edək ki, hər birimizin bir-birimizə qarşı rəftarımız, əməllərimiz həqiqi saleh əməl və layiqli rəftar olsun ki, həm bir yerdə yaşaya bilək, həm də əməl saleh əməllərimizə və bir-birimizin razılığını əldə etdiyimizə görə axirətdə savab və mükafata çataq.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir