"Həyatıma qəsd etməyə çalışmışam" - Ayan
"Sənət üçün qurban vermişəm, amma bu kəlməni sevmirəm. Nəyi qurban vermişəmsə, özüm bilərəm".
Open.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "ATV maqazin onlarla" proqramında deyib. "33 sual" rubrikasının qonağı olan ifaçı aparıcı Ruslan Ağayevin suallarını cavablandırıb.
"Müğənni olmaq, yoxsa evdar xanım olmaq" sualına sənətçi "Ər çörəyi yemək" cavabını verib.
İfaçı intihara cəhd etməsindən danışıb: "Həyatıma özüm qəsd etməyə çalışmışam. Sosial şəbəkədə ən çox sevdiyim şərh: güclü qadın. Amma insan güclü qadın olmaqdan bezir və xoşbəxt olmaq istəyir. Xəyallar qurursan, nağıllara inanırsan. Xəyalların puç olur, küncə sıxılırsan və öz varlığından, kölgəndən qorxursan. gücün çatmır, canına qəsd edirsən. Bir səs eşidirsən, öz canından bir parça... O, var və nəfəs alır. Bu, yanlış bir qərardır. Bizə bu canı Allah bəxş edib. Kimik ki, ona qəsd edək. Özünü toparlamalısan. Mənim üçün heç kimin fikri önəmli deyil. Kim haqqımda hansı şərhi verir umrumda deyil, əsas övladımın xoşbəxtliyidir".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?