BÖYÜK SİRRLƏR:Həyatına film çəkildi, Qızı anasını öldürdü, özünün meyiti tapıldı – Döyüşçü Mehmanın "Fəryad"ı (FOTOLAR)

BÖYÜK SİRRLƏR:Həyatına film çəkildi, Qızı anasını öldürdü, özünün meyiti tapıldı – Döyüşçü Mehmanın "Fəryad"ı (FOTOLAR)Əsirlikdə qaldı, işgəncələr gördü, sağ qurtuldu, evində tənha öldü… Həyatına film çəkildi, film kimi həyat yaşadı
Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov 1959-cu ilin sentyabr ayında Bakıda dünyaya gəlib.

Minval.info xəbər verir ki, o, Milli Ordumuzun ilk hərbi hissələrindən birində – Şıx batalyonda döyüşə yollanan birinci könüllülərdən olub. Hüseynov adı çəkilən batalyonda tağım komandiri olub.

1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, o zaman hərbçilərimizin silah-sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü və bir neçə nəfər yaralı vəziyətdə düşmənə əsir düşüb.
BÖYÜK SİRRLƏR:Həyatına film çəkildi, Qızı anasını öldürdü, özünün meyiti tapıldı – Döyüşçü Mehmanın "Fəryad"ı (FOTOLAR)O əsirlikdən qurtulduqdan sonra müsahibəsində bunları deyib: "22 nəfərlə Kərkicahan qəsəbəsini ermənilərdən qorumağa gələndə, onlar bizim posta bütün gücüylə hücum etməyə başladılar. Gecədən səhərə qədər mövqelərimizi aramsız atəşə tutdular. Bizdə texnika yoxuydu, yalnız avtomat vardı. Qəsəbəni böyük qüvvə ilə mühasirəyə aldılar. Qaçmağa imkanımız vardı, amma postu qoyub getmədik. Ümid bəsləyirdik ki, kömək gələcək. 3 saata yaxın mühasirədə qaldıq. Əsgərlərin bəziləri atılan mərmilərdən həlak oldular, çoxusu yaralandı. Özümə 2 güllə dəydi. Ağır yaralandım. Patronlarımız qurtardıqdan sonra 9 nəfər əsir düşdük. Bizi əvvəlcə Xankəndinə milis şöbəsinə apardılar. Birinci gün vəhşicəsinə döyürdülər. Sonra əynimizdə nə var çıxartdılar, çılpaq halda həbsxanaya apardılar. Hərəmizi tək-tək kamerala saldılar. 3 gün nə su, nə yemək verdilər. Ancaq gəlib dindirmək və döyməklə məşğul idilər. Bir nəfər döyülməkdən həlak oldu. O qədər zərbə vurmuşdular ki, sifəti tanınmaz hala gəlmişdi. Moskvadan böyük bir qrup deputat, Almaniyadan, İngiltərədən zabitlər, müxtəlif təşkilatlardan nümayəndələr, jurnalistlər gəlirdilər. Onlardan yarım saat əvvəl kameraya girib avtomatı başımıza tuşlayıb xəbərdarlıq edirdilər ki, artıq-əskik söz desək, bizi güllələyəcəklər. Nümayədələr, deputatlar gələndə bizdən soruşurdular "sizi burada döyürlər" biz "yox" cavabı verəndə üzümüzdəki, kameradakı qanı görüb hər şeyi başa düşürdülər. Bilirdilər ki, məcburuq yalan danışmağa".
BÖYÜK SİRRLƏR:Həyatına film çəkildi, Qızı anasını öldürdü, özünün meyiti tapıldı – Döyüşçü Mehmanın "Fəryad"ı (FOTOLAR)Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar istedadlı rejissor Ceyhum Mirzəyevin ekranlaşdırdığı "Fəryad" filminə salınıb, o, bu ekran əsərinin baş qəhrəmanının prototipi olub.

Qarabağ qazisi 55 yaşında 2015-ci ilin may ayında tənha yaşadığı mənzilində vəfat edib. Onun meyitini dostları aşkar ediblər. Belə ki, M.Hüseynovun telefon zənglərinə cavab vermədiyini görən dostları polislə onun evinə gəliblər, qapını sındırıb, mənzilə daxil olublar. Məlum olub ki, müharibənin od-alovundan keçmiş qazi Mehman tənha yaşadığı mənzilində keçinib.

Onun şəxsi həyatına gəldikdə deyə bilərik ki, burada da xoşbəxtlik qazinin üzünə gülməyib. Mehman iş qadını olan həyat yoldaşı Məryəm Namədzadədən ayrılıb. O, 2016-cı ildə amansızlıqla qətlə yetirilib. Namədzadə yaşadığı məzildə aldığı 43 bıçaq zərbəsindən sonra keçinib. Rəsmi məlumata görə, onun ölümündə qızı Günel Hüseynova və bacısı oğlu Nicat Eyvazov günahlandırılaraq istintaqa cəlb olunublar.
BÖYÜK SİRRLƏR:Həyatına film çəkildi, Qızı anasını öldürdü, özünün meyiti tapıldı – Döyüşçü Mehmanın "Fəryad"ı (FOTOLAR)Sağlığında bizneslə məşğul olan qazinin həyat yoldaşı iş dünyasında "Qızıl Məryəm" kimi tanınıb.

M.Namədzadə həmçinin ölümündən illər əvvəl paytaxtda göydələn tikdirib. Məlumata görə, bu işdə ona əri Mehman Hüseynov xüsusi köməklik göstərib. O, həyat yoldaşına yeni bina tikilməsində dəstək versə də, sonradan onların münasibətləri soyuqlaşıb və Qarabağ qazisi evi tərk etməli olub.

Qarabağ qazisi Mehman Hüseynov Bakının Maştağa kəndində dəfn edilib.

Minval.info

Xəbərlər     Baxılıb: 2089   Tarix: 15 fevral 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

sade makiyaj sekilleri gelinlikler toy makiyajlari praktik reseptler qadin dunyasi kulinariya şəfalı otlar kosmetika xerceng ariqlamaq bürcler qadin.az gunay