Heyva və onun faydaları barədə nə bilirik?

Heyva və onun faydaları barədə nə bilirik?Heyva xalq təbabətində heç də az istifadə olunmayan məşhur meyvələrdən biridir. Bəzi İslam mənbələrində heyvanın üç xüsusiyyəti göstərilir: Ürəyə aramlılıq (sakitlik) və şadlıq verir, paxılın əliaçıqlığına səbəb olur, qorxağı cəsarətli edir. Mənbələrdə deyilir ki, hər kim bir dənə heyva yeyərsə, Allah 40 gün hikməti onun dilindən axıdar. Qədim yunan qızları heyva yeyərlərmiş ki, gözəl olsunlar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bəs, il uzunu istifadə etdiyimiz heyva barədə, onun faydaları və faydalı xüsusiyyətləri barədə nə bilirik? Bu sualı cavablandıran əczaçı Fəxrəddin İsayev heyvanın vitaminlərlə, üzvü turşularla zəngin olmasından, bir sıra xəstəliklərdə müalicəvi əhəmiyyətindən danışaraq deyib: "Qızılgülçiçəklilər fəsiləsinə daxil olan heyvada insan üçün bir çox faydalı və müalicəvi maddələr var. Onlardan 4-5 faizə qədər şəkər, 2 faizə qədər üzvü turşular (alma, limon turşuları), karotin və C vitamini, aşı maddələri, efir yağı, dəmir duzları və sairi göstərmək olar. Heyva toxumlarında 14-18 faiz selikli maddələr, 10-20 faiz yağ, 1-2 faiz qətran və çoxlu miqdarda zülal var".
Əczaçı bildirib ki, xalq təbabətində heyvanın yarpaqları qurudulub çay kimi dəmlənərək ürək ağrısında sakitləşdirici dərman kimi içilir. Heyvanın mürəbbəsi ürək zəifliyində qüvvətləndirici kimi, eləcə də həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir. Heyva mürəbbəsi qan azlığına da yaxşı təsir göstərir.
Heyvanın çubuqlarını dəmləyib içdikdə, yuxarı qan təzyiqini normallaşdırır. İç toxumlarını (cecəyini) dəmləyib (dəmləmə 1 saat davam edir) içdikdə, bəlğəmgətirici kimi təsir göstərir. Xalq təbabətində meyvələrini inək yağında bişirib nəfəs yolları xəstəliklərində işlədirlər. "Heyva faydalı xüsusiyyətləri ilə çox zəngindir. Heyvanın bütün növləri, xüsusilə şirin heyva insanı gümrahlaşdırır, o cümlədən baş ağrısını sakitləşdirir, qaraciyərə yaxşı təsir göstərir, ağızdan gələn pis qoxunu yox edir", - deyə mütəxəssis söyləyib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1510   Tarix: 04 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamiləlik kosmetika mehsullari qis geyimləri 2026 ana ve usaq peraski cudu yuxuda balqabaq məmməd ismayıl kosmetika rus dili 2ci ders vətən hakisda ikizler masturbasiya nedir