Belə bananlar xeyirdən çox zərər verir - Açıqlama
Banan nə qədər çox yetişirsə, onun şəkər miqdarı artır, bağırsaqlar üçün faydalı rezistent nişasta isə azalır.
Milli.Az xəbər verir ki, bunu qida eksperti Saurabh Sethi söyləyib.
O bildirib ki, lif baxımdan zəngin olan yaşıl, sərt bananlar bədənin həzm sisteminə dəstək verir, sağlam bağırsaq bakteriyalarını qidalandırır və faydalı yağ turşularının əmələ gəlməsinə kömək edir.
"Yetişmiş, qara ləkəli bananlar isə bu xüsusiyyətlərini itirir və bağırsaqlar üçün faydası azalır. Yaşıl bananın lifləri ürək xəstəlikləri, insult, tip 2 şəkərli diabet və hətta bağırsaq xərçəngi riskini azaldır".
Saurabh Sethi həmçinin qeyd edir ki, ən yaxşı meyvə seçimləri yabanı giləmeyvə, kivi və nardır. Bu meyvələr yalnız bağırsaq sağlamlığı üçün deyil, həm də antioksidantlarla zəngin olduqlarından bədəni sərbəst radikallardan qoruyur və iltihabı azaldır.
İsmayıl
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı