Həzmə kömək edən 20 qəpiklik bitki

Həzmə kömək edən 20 qəpiklik bitkiTəzə limon suyu tərkibindəki antioksidantlar və xərçəngə qarşı maddələri sayəsində əsrlərdir müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Eyni zamanda, dərini təmizləyir. Limon suyu tərkibindəki C vitamini ilə bədəni toksinlərdən təmizləyir və beyin fəaliyyətini yüksəldir. qadınsaytı.az aile.lent.az-a istinadən bildirir ki, limon suyunun çoxlarına məlum olmayan faydaları ilə sizi tanış edir.

Limonun ən əhəmiyyətli faydalarından biri zehni gümrah saxlamağa kömək etməsidir.
Günortadan sonra enerji itkisi hiss edirsinizsə, limon suyundan faydalana bilərsiniz. Sadəcə olaraq əllərinizin bilək hissəsinə bir neçə damcı limon suyu damcıladın və yüngülcə ovun. Bununla yaddaş, diqqət və dil-ağız kimi zehni funksiyalarınızı dinamik saxlayarsınız.

Limon suyunun digər faydalarını bu cür sıralamaq olar:

1. Həzmə kömək edir. Limon suyu həzm sistemini toksinlərdən təmizləyir, mədədəki göynəmə və köp kimi narahatlıqlara müsbət təsir edir.

2. Arıqlamağa kömək olur. Nizamlı olaraq ilıq limonlu su içdikdə mədənin turşuluq nisbəti tənzimlənir. Mədə turşusu yüksək olan insanlar davamlı yemək istəməklə mədəni sakitləşdirməyə çalışırlar. Bu da qısa müddətdə acmağa və kökəlməyə səbəb olur. Limonun içərisində olan pektin lifi isə acmaq hissini gecikdirir.

3. İmmunitet sistemini gücləndirir. Stress immunitet sistemini zəiflədir. Buna görə də immunitet sistemini dəstəkləyən C vitaminli qidalar yemək stressli vaxtlarınızda prioritet olmalıdır. Limon da mükəmməl bir C vitamini qaynağıdır.

4. Nəfəsi təravətləndirir. Diş əti iltihablarına və diş ağrılarına yaxşı təsir etdiyi kimi ağızdan pis qoxu gəlməsinin də qarşısını alır. Ancaq diş minasına zərər vermək istəmirsinizsə, limonu birbaşa yeməyin. Limonlu su içdikdən sonra dişlərinizi fırçalasanız, daha faydalı olar.

5. Ph dəyərini tarazlayır. Limon qələvi qidalardan biridir və tərkibində olan sitrik turşusu həzmdə turşuluq yaratmır. Hər gün limonlu su içsəniz, bədəninizin ümumi turşuluq nisbəti müəyyən müddət sonra düşər. Eyni zamanda, oynaqlarda yığılan urik turşu limon sayəsində yox olur.

6. Enerjini artırır. Limon suyu sinir sistemində sakitlik, depressiya və narahatlığa yaxşı təsir edərək xoşbəxtlik hissi yaradır. Bunun sayəsində isə insan özünü daha gümrah hiss edir. Limon həzm sisteminə daxil olan kimi bədənə enerji verir.

7. Viral infeksiyalarla mübarizə aparır. İlıq limon suyu boğaz ağrısı, soyuqdəymə kimi simptomların azalması üçün olduqca təsirlidir.

Sağlamlıq     Baxılıb: 3169   Tarix: 10 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

yaz geyimleri 2026 aksessuarlar sac duzumleri toylar masaj ataya aid atalar sozleri qış ayaqqabıları kosmetika video vətənə aid rus dili 2ci ders azerb clpaq qadinlari novruza aid hakistalar