Hörümçək damarlar 10 xəstəliyin ilkin əlaməti ola bilər
Hematoloq, birinci kateqoriyalı terapevt Oleq Kuznetsov hörümçək damarların (telangiektaziyalar) meydana çıxdığı xəstəlikləri açıqlayıb. "Doktor Peter" nəşrinə müsahibəsində o, bu damarların ən azı 10 xəstəliklə bağlı orqanizmdə gedən proseslərin ilkin siqnallarından ola biləcəyini vurğulayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, əgər damarların rəngi al-qırmızı və ya bənövşəyidirsə, bunlar arteriya və ya kapilyarlardan qaynaqlanan hörümçək damarlardır, albalı-mavisi rəngindədirsə, o zaman venulalardır.
Kuznetsov xəbərdarlıq edib ki, hörümçək damarlar inkişaf etməkdə olan varikoz damar xəstəliyinin və həmçinin ən azı doqquz başqa xəstəliyin göstəricisi ola bilər ki, bunların sırasına yoluxucu xəstəliklər (HİV və AİDS, sifilis), onkoloji patologiyalar, kuperoz xəstəliyi, qaraciyərin ağır zədələnmələri (sirroz, fibroz), birləşdirici toxuma xəstəlikləri, otoimmun xarakterli patologiyalar, rozasea xəstəliyi, şəkərli diabet və ya şüa xəstəliyi ilə nəticələnən radioaktiv şüalanma daxildir.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır