Hozu Cangüdən' filminin qala gecəsi baş tutdu - FOTOLAR
Oktyabrın 31-də "Hozu Cangüdən" filminin qala gecəsi keçirilib.
azxeber.com xəbər verir ki, "Park Cinema Flame Towers" kinoteatrında keçirilən gecədə filmin aktyor və yaradıcı heyəti jurnalistlərin qarşısına keçərək film haqqında açıqlama verib. Baş rolları aktyor Məcid Hüseynov və aktrisa Kamilə Babayevanın paylaşdığı ekran əsərində əməkdar artist Elza Seyidcahan da rol alıb.
Aktyor Məcid Hüseynov filmlə bağlı jurnalistlərə danışarkən bildirib:
"Bu film hər kəs üçündür. Biz ümid edirik "Hozu Cangüdən" hər kəsdə yaxşı xatirələr və ancaq təbəssüm yaradacaq. Hər kəsi noyabrın 1-dən "Park Cinema"da "Hozu Cangüdən" filmini izləməyə dəvət edirik".
Qeyd edək ki, tamaşaçılar filmi "Park Cinema" kinoteatrının Park Bulvar, Metro Park, Alov qüllələri, Aygün Mall və Zagulba Mall filiallarında izləyə bilərlər.













Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar