Hüquqşünaslığı oxuyub müğənni oldum" - Nigar Camal

Hüquqşünaslığı oxuyub müğənni oldum"Atam uzun illər "Azərişıq"da çalışıb. Orada Elektrik stansiyasının rəhbəri idi. Anam həm musiqi müəllimi, həm də psixoloq idi. Sakit uşaq olmamışam. Anam çox istəyirdi ki, musiqiçi olum. Piano ilə məşğul idim, amma idmana daha meyilli idim. Hüquqşünaslığı, iqtisadiyyat fakultəsində oxudum, sonra da müğənni oldum".
azxeber.com olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nigar Camal Türkiyənin "Haber Global" kanalına müsahibəsində deyib.
"Poster" verilişinə qonaq olan sənətçi bildirib ki, 2011-ci ildə həyatı dəyişib:
"Avroviziyadan sonra çox şey dəyişdi. O zaman 31 yaşındaydım, amma uşaq kimiydim. Mənim üçün hər şey yeni idi, çünki müğənni deyildim. Həyatım öz axarıyla dəyişdi. Çətin zamanlar da oldu, ancaq indi hər şey istədiyim kimidir".
Nigar qızları barədə də sualları cavablandırıb:
"Böyük qızımın 16, kiçiyin 15 yaşı var. Qızlarım musiqiçi olmaq istəmirlər, mən də istəmirəm. Çünki çox çətin sənətdir. Böyük qızım neft sahəsi üzrə çalışır, kiçik qızım isə psixoloq olmaq istəyir".
"Neqativ insanları sevmirəm. Həmin insanlar neqativ olduqlarının fərqində deyillər. Düşünürlər ki, pozitivdirlər. Bəzən elə insanlar olur, baxırsan ki, yaxşı adamdır, gülərüzlüdür, amma o qədər mənfi enerji ötürür ki... Onlardan uzaq gəzirəm", - deyə, müğənni bildirib.
N.Camal xoşbəxt olduğu məqamlardan da söz açıb:
"Qızlarımla danışanda, zarafatlaşanda xoşbəxt oluram. Hərdən bu zarafatları edəndə xəbərlər çıxır, insanlar qıcıqlanır".

Şou Biznes     Baxılıb: 1629   Tarix: 29 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

turlar.az

sac duzumleri geyim dəbləri yemek reseptleri hüquqşünas xəyanət kişi xəyanəti hamiləlik həftələri kosmetika dolça əqrəb qardasa aid haxistalar novruz bayramina aid burclerin uygunlugu