Hüseyn Əzizoğluna elə böyük hədiyyə etdilər ki...

Hüseyn Əzizoğluna elə böyük hədiyyə etdilər ki...Bu gün tək-tük insan tapmaq olar ki, sosial şəbəkələrdən istifadə etməsin. Əksəriyyət bu şəbəkələr vasitəsilə işlərini qaydaya salsa da, onlardan məşhurluq üçün istifadə edənlər də az deyil. Hətta sosial şəbəkələrin fenomenə çevirdiyi insanlar da var.

Xanim.az istipress-ə istinadən Hüseyin Əzizoğlu ilə müsahibəni sizə təqdim edir.

Onlardan biri də Hüseyn Əzizoğludur. Son 2-3 ilə kimi bu adda gənc oğlanı ailəsi və dostlarından başqa heç kəs tanımırdı. Bu gün isə onu yarım milyondan çox insan izləyir. Paylaşdığı videoları milyonlarla insan izləyir. Bir sözlə, bu gün o, sosial şəbəkə qəhrəmanıdır.

Əksəriyyət onu çəkdiyi videolardan tanıyır; kim olduğu, harada yaşadığı, təhsili və ailəsi haqda məlumatsızdır. Çoxu da onu zarafatcıl biri olduğunu düşünür. Əslində isə o, yaratdığı obrazlardan fərqli olaraq ciddi və gülməyi elə də sevməyən biridir.

- Necə oldu ki, Hüseyn Əzizoğlu milyonların sevimlisinə çevrildi?

- Telekanalların birində montajçı olaraq işləyirdim. İş yeri bağlandıqdan sonra boş vaxtım çox oldu. Məhəllə uşaqlarını çağırıb özümüz üçün gülməli bir video çəkmək qərarına gəldik. Bu da bekarçılıqdan idi. Lentə alınan videonu öz profilimizdə paylaşdıq. Niyyətimiz məhşurluq deyildi. Sırf işsizlikdən başımızı qatırdıq. Bir həftə sonra şəhərə çıxanda gördüm ki, məni görənlər "aaa, Hüseyn" deyir.

- İlk əvvəllər ailən bu videolara necə baxırdı?

- Bu işdə elə əsas dəstək ailəmdən gəldi. Onlar mənə dedi ki, səndə bu iş alınır, davam et. Özümü tərifləmək kimi çıxmasın, bu gün Azərbaycanda ən çox izləyicisi olan video bloger mənəm. Videosuna ən çox baxış toplaya bilən video bloger də mənəm. Elə videom var ki, onun baxış sayı 30 milyonu keçib.

- O nə videodur elə?

- Türk və Azərbaycan vətəndaşını canlandırırdım. Maraq o qədər böyük oldu ki, Türkiyə mediası həmin videodan yazdı. Bugünkü uğurum zəhmətimizin sayəsində alınıb. Mən ilk video bloger deyiləm. Mən bu işə başlayanda məndən əvvəlki həmkarlarımdan 200 min izləyici geri idim. İndi isə birinci yerdəyəm.

- Əvvəldən hiss etmişdiniz ki, sizdə aktyorluq istedadı var?

Yox. Amma zarafatlaşmağı çox sevirəm. Hətta mənim zarafatlarımın əlindən qapımızın ağzından keçməyən dostlarım var. Yasamalda qalıram. Axşamlar məhəllə uşaqları ilə samovar çayı qoyub oturardıq. Elə o vaxtlardan birinə qaralayırdım, zarafatlarım isə uşaqlar arasında tuturdu.

- Bəs kamera qarşısında işləmək nə qədər çətin oldu?

- Əvvəlki videolarıma baxanda görmək olur ki, kameraya tam peşəkarcasına oynaya bilmirdim. Amma indi hər şey fərqlidir. İndi mənim 20 nəfər işçi komandam var. İndi onlara izah edirəm ki, kameraya necə işləmək lazımdır. Hətta bəziləri mənə deyir ki, "sən qadın paltarında necə rahat oynaya bilirsən?". Başa salıram ki, komplekssiz olmaq və rolun öhdəsindən gəlmək lazımdır.

- Azərbaycanda qadın paltarı geyinən aktyorlar birmənalı qarşılanmır. Onlar arasında ən çox qınanılanlar "Bu şəhərdə"nin aktyorları Rafael və Coşqundur. Sizin bu obrazınıza münasibət necə oldu?

- Təzə-təzə paylaşanda bizi normal qarşılamayan insanlar var idi. Onlar ayrı təfəkkürdə olan insanlardır. Yazırdılar ki, kişi nədir, arvad paltarında olmaq nədir? Zaman keçdikdən sonra onların da fikri dəyişdi. Bizim ətrafımıza böyük kütlə yığıldı. Anlaşıldı ki, bizim yaratdığımız sadəcə obrazdır.

- Həyatda da belə deyib-gülənsiniz?

- Yox, qətiyyən! Çox ağır təbiətli insanam. Videolarda olan Hüseyn ilə adi həyatdakı Hüseyn tamam ayrı insanlardır. Mən ciddi insanam. Rolda canlandırdığım obraz kimi yaşasaydım, gərək hər işlə məşğul olardım. Mən dayday rolu, cinsi azlıq, qadın rolu, hətta qadın alverçisi rolunu da canlandırıram. Bunlar sadəcə obrazdır.

- İxtisasca kimsiniz bəs?

- Heç kim. 9-cu sinfə kimi oxumuşam. Sonradan müəllimə gəldi ki, məktəbdə uşaq çatışmır. Şəhadətnaməni ver. Bir də gəlib 11-ci sinifdə götürərsən. Mən də razılaşdım. 3 il ərzində məktəbə də getməmişəm.

- Uşaqlığınız necə keçib?

- Uşaqıqdan pul qazanmışam. 10 yaşından işləyirəm. Dükanda satıcı işləyib kartof-soğan satmışam. Sonradan dondurma satırdım. Ofisiant da işləmişəm. Kassir və administrator kimi də özümü sınamışam. Son iş yerim isə televiziya olub. Montajçı və efir rejissoru kimi işləmişəm. Qonşumuz var idi. Hər məni görəndə deyirdi ki, Allah hər insanın öz peşəsini verir. Deyirdim 18-19 yaşım var. İllərdir ki, işləyirəm. Niyə mənim peşəm yoxdur. Allah nə vaxt mənim peşəmi verəcək? İndi görürəm ki, qonşumuz sözün düzünü deyib.

- Bu gün iş necə keçir?

- Bu gün tam peşəkar iş görürük. 20 nəfərlik komanda ilə çalışırıq. Operatorumuz, montajçımız, işıqçı və s. hamısı var. Amma ssenarinin yazılmasına, günün mövzusuna və rejissor işinə özüm nəzarət edirəm. Qarşıda isə işimizi daha böyütmək istəyirik. Təncə "Instagram" ilə yekunlaşmayacağıq.

- Gələcəkdə aktyorluq təhsili almaq istərdiniz?

Əlbəttə! Hətta Pantomima teatrının işçisi, əməkdar artist Pərviz Məmmədrzayevdən 2 ay dərs almışam. "Oğlan evi 2" filmində rol almağım dərs almağımı çox vacib etdi. Bu da İlham Qasımovun məsləhəti ilə oldu. Gələcəkdə də istəyirəm bu işi peşəkarcasına öyrənim. Amma uşaqlıqdan istəmişəm ki, öz biznesim olsun. Bunu da edəcəyəm. Kiçik sahibkar kimi işə başlayacağam.

- Yenə film təklifləri gəlir?

"Oğlan evi 2" filmindən sonra mənə 200-ə yaxın filmə çəkilmək üçün təklif gəlib. Amma onlardan heç kəsi tanımıram. Nə ssenaristi, nə rejissoru... Soruşanda da kimsiniz, yuxarıdan aşağı cavab verirlər. Tanımadığım adamlarla işləyə bilmərəm. Ona qalsa, mən özüm işlədiyim şirkətin qapısına getsəm ki, film çəkmək istəyirəm və 150 min manat pul lazımdır. Onlar 200 min verəcək ki, götür çək. Amma mən bunu etmərəm. Çünki hazırda bu sahədə böyük adamlar var. Mən video bloger kimi indi film çəkə bilmərəm. Gələcəkdə bu haqda da düşünəcəyəm.

- Bu gün bildiyim qədər "Instagram"da etdiyiniz reklamlardan kifayət qədər pul qazanırsınız. Sirr deyilsə, qazancınız nə qədərdir?

- Sirr olmağına sirrdir. Onu deyim ki, qazancım mənə çatır. Bircə onu deyim ki, 18 yaşımda mənə desəydilər ki, 1 il sonra sən özünə maşın alacaqsan, deyərdim ki, get işinlə məşğul ol. Çünki aylıq əmək haqqım 100 manat idi. Lakin hər şey tamam dəyişdi. Nəinki, öz qazancımla avtomobil aldım. Mənə avtomobilin açarlarını belə hədiyyə etdilər.

- Nə maşını hədiyyə ediblər?

- "Panorama mercedes" hədiyyə ediblər. Amma "Niva" sürürəm. İndi sürdüyüm maşını özüm almışam. "Mercedes"in xərci bir az çoxdur. Amma sürdüyüm "Niva"nın içi "Galendwagen"dən yığılmadı.

- Yol polisləri ilə vəziyyətiniz necədir?

Əla! Nömrəmi tanıyan polislər məni saxlamır. Maşınımı saxlayanlar da şəkil çəkdirmək üçün saxlayır. Çox sağ olsunlar ki, hörmət edirlər. Mən polislərimizdən tam razıyam.

- Bu məşhurluğunuz yəqin qız fanatlarınızı daha çoxaldıb. Şəxsi həyatda işlər necə gedir?

- Sevgilim yoxdur. Uşaq vaxtı isə sevdiyim qızlar mənə "otval" verirdi. İndi isə "Instagram"da onlar mənə "direct" yazır. İndi mən o qızları qırıram. Mən dəyişməmişəm. Elə 2 il əvvəlki Hüseynəm. Sadəcə iş sahibi olmuşam.

- Artıq böyük şirkətlərin də simasısınız…

- Bəli. Hazırda paytaxtda fəaliyyət göstərən restoranlardan biri sponsorumuzdur. Onlar bizi hər şey ilə təmin edir. Yemək, içmək, geyimlərimiz və cib xərclərimizi önlar ödəyir. Bir ildir ki, mən onlarla əməkdaşlıq edirəm. Hazırda həmin restoranda oturmaq üçün 2 gün əvvəldən rezerv etmək lazımdır. Əməkdaşlığımız onların da, mənim də xeyrimə işlədi. İndi onlar ikinci filialını açmağa hazırlaşır. Bundan başqa, 2 telefon modelinin simasıyam. Uzun müddətli müqavilə imzalamışam. Bunlardan əlavə, 2 böyük şirkətin marketin şöbəsinin rəhbərinin köməkçisiyəm. Rəsmi qaydada onlardan əmək haqqı alıram.

- Hüseyn, bu danışdıqlarınızdan adamda elə fikir formalaşır ki, aylıq xeyli qazanırsınız. Amma videolarınızdan görünür ki, çox kiçik təmirsiz bir evdə yaşayırsınız. Pulları bəs hara xərcləyirsiniz? Bu qədər bədxərcsiniz?

- Əlimdə külli miqdarda pul olsa, ilk növbədə fikrim ev almaq olacaq. Naşükürlük etmirəm. O evə belə sahib olmayanlar var. Sadəcə 1 ev alası qədər pul qazanmıram. Siz düşünməyin ki, bir videoçarx çəkmək bizə havayı başa gəlir. Videoların ərsəyə gəlməsinə xərclənən bütün pulları mən ödəyirəm.

Xəbərlər     Baxılıb: 1472   Tarix: 08 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

turlar.az

geyim dəbləri adlarin menasi aksessuarlar morugun faydasi kelem tutmasinin hazirlanmasi xiyar tursusunun hazirlanmasi qaydasi allergiya kosmetika oxu az seksler aydin sani penis vetene aid atalar sozleri