Hüseyn Məhəmmədoğlu: "Gecə düzgün istiqamətdə təşkil olunmayıb. Bu, biabırçılıqdır
"O boyda klarnet ifaçısının yubiley gecəsində səhnədə ancaq Vəli Qədimova aid olmayan müğənnilər oxuyurdu. Axı bu, biabırçılıqdır".
Open.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə yazıb.
Musiqiçi Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" kanalının birgə təşkilatçılığı ilə Xalq artisti Vəli Qədimovun 80 illiyinə həsr olunmuş tədbirdən şikayətlənib.
O bildirib ki, gecə düzgün istiqamətdə təşkil olunmayıb və bu sənətkara qarşı hörmətsizlikdir:
"Böyük sənətkarlarımız var. Axı, o səhnədə Hakim Abdullayev, Qulammirzə Mirzəyev və başqaları ifa etməli idi. Axı "Qaya" vokal qrupunun və yaxud da o birilərinin Vəli Qədimov sənətinə və klarnetə nə aidiyyəti var? Onun rəqsləri ifa olunmalı idi. Bu, biabırçılıqdır. Onsuz da düşmənlərimiz o rəqsləri öz adlarına çıxardıb. Yenə də Allah rəhmət etsin sənətkara. Ancaq elə bildim ki, bu gün hansısa estrada müğənnisinin gecəsi idi".
Qeyd edək ki, Vəli Qədimov uzun illər SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb. Onun ifa etdiyi oyun havaları və xalq musiqisi nümunələrinin lent yazıları hazırda Azərbaycan Radiosunun "Qızıl fondu"nda qorunur. (Axşam.az) /open.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür