Hüseynqulu Bağırovun Böyük Britaniyadakı milyonluq mülkləri – Yeni faktlar

Hüseynqulu Bağırovun Böyük Britaniyadakı milyonluq mülkləri – Yeni faktlarHüseynqulu Bağırovun ailə biznesi ilə bağlı ortaya çıxan yeni sənədlər bir daha bu mövzuya qayıtmağa vadar edir.

Xanim.az "yenicağ"a istinadən xəbər verir ki, bu sənədlər Britaniyada SC444402 saylı şəhadətnamə ilə qeydiyyatdan keçən "NORDFIELDS PROPERTIES LIMITED" şirkətinə aiddir.

Təkcə bu şirkətin maliyyə hesabatları Hüseynqulu Bağırovun ailə üzvlərinə məxsus biznes imperiyasına aid sərvətlərin miqyasını təsəvvür etməyə imkan verir.

Sənədlərdə 2015-ci ilin mayın 7-dən fəaliyyətdə olan bu şirkət vasitəsilə Bağırovlar İngiltərədə daşınmaz əmlak əldə ediblər.

Maliyyə hesabatlarında keçmiş nazirin oğlu Lətif Bağırovun, qızı Sevinc Bağırovanın, bacısı Düriyyə Nuriyevanın və Mavritaniya vətəndaşı Vedanund Hauradhurun adı keçir.

Sənədlərdə qeyd olunur ki, "NORDFIELDS PROPERTIES LIMITED" şirkəti Latviyada qeydiyyatdan keçmiş "Nordfields Investments LLC"nin törəmə şirkətidir.

Təqdim olunan maliyyə hesabatları 2015, 2016 və 2017-ci illəri əhatə edir. 2017-ci ilin oktyabrın 31-də təqdim olunan maliyyə hesabatlarına görə şirkətin daşınmaz və daşınar əmlakı haqqında məlumatlar yer alır.

Qeyd olunur ki, şirkətin həmin tarixdə torpaq və mülklərdən ibarət daşınmaz əmlakının dəyəri 2 milyon 851 min 031 funt sterlinq (təxminən 3 milyon 630 min dollar) təşkil edir.

Bundan başqa şirkətə aid maşın və avadanlıqlar (daşınan əmlak) 1 milyon 57 min 840 funt sterlinq (1,35 milyon dollar) göstərilir. Hesabata görə şirkətin ümumi mal varlığı 4 milyon funt sterlinqə yaxın, yaxud 5 milyon dollar civarında olub.

2016-cı ilin maliyyə hesabatında isə şirkətin ümumi mal varlığı (bura pul vəsaitləri, torpaq və mülk daxildir) 5 milyon funt sterlinq (6,36 milyon dollar), təsis edildiyi 2015-ci ildə 4 milyon funt sterlinq (təxminən 5 milyon dollar) təşkil edib.

Xatırladaq ki, Bağırovlar ailəsinin təkcə Almaniyada 6,17 milyon avro dəyərində daşınmaz əmlakı var.
Hüseynqulu Bağırovun Böyük Britaniyadakı milyonluq mülkləri – Yeni faktlar

Xəbərlər     Baxılıb: 1477   Tarix: 21 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy gecesi kosmetik vasiteler gelinlikler geyimler cavanlaşdırıcı maskalar sağlamlıq haqqında hamilelikde qidalanma kosmetika baldıza aid hakışta narin faydasi opusme vetene aid atalar sozleri oğlan evine aid hakisda