Hüsniyədən sonra o da AzTV-dən getdi
Aktrisa Aydan Axundova iki aya yaxındır aparıcısı olduğu 1 AzTV ilə yollarını ayırıb.
Open.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Aydanın ona verilən əmək haqqı ilə qane olmadığı üçün belə addım atdığı iddia olunub.
Axundovanı yanvar ayından Space TV ilə yollarını ayıran aparıcı Mehin Hümbətova əvəzləyib. Artıq onun ilk çəkilişi baş tutub.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi aparıcının dəyişdirilmə məlumatını təsdiqləyib. Qeyd olunub ki, aparıcı şərtlərlə razılaşmadığı üçün kanalla yollarını ayırıb:
"Kanalda aparıcıların əvəzlənməsi normal prosesdir. Bir şeyi qeyd edək, aparıcılıq da vəzifə deyil ki, ora təyinat olsun. Sadəcə aparıcılıq etdi, şərtlər ürəyincə olmadı və qarşılıqlı razılıq əsasında verilişi tərk etdi."
Qeyd edək ki, layihəni ilk aparıcısı Hüsniyə Məhərrəmova olub. O, xarici bir şirkətlə əməkdaşlığa başladığı üçün işdən ayrıldığını açıqlayıb.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?