"İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilmədi"
Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalının oğlu Rəhim ötən gün avtomobil qəzasında dünyasını dəyişib.
Open.az-ın məlumatına görə, sənətçi Gürcüstanda ölən oğlunun nəşini Bakıya gətirə bilməyib. Bu haqda şairə Nazilə Səfərli xəbər verib. O bildirib ki, İbrahimin həyat yoldaşı Zöhrə hələ də övladının öldüyünü bilmir:
"İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilmədi. Uzun danışıqlardan sonra İbrahim, xanımı Zöhrə və qayınatası nəhayət ki, Gürcüstana keçə bildi. Qızı isə təəssüf ki, Bakıda qalmalı oldu. Bacının qardaşın vidasına gedə bilmədiyi dövrə gəldik. Nə ağır il oldu bu il. Ən pisi odur ki, Zöhrə yazıq hələ də bilmir oğlu rəhmətə gedib.
Sərhəddə xəyal qururmuş ki, mən karantində olana qədər oğlum komadan ayılar. İndilərdə evlərinə çatmış olarlar. Bilmirəm, ona niyə yalan dedik. Həqiqəti bilsəydi, bu uzun yolu onu aparmaq mümkün olmayacaqdı.
Oğlunu tabutda görüb necə tab gətirəcək... Heç bir ata-ana bu acını yaşamasın. Nə ağır dərtdir".
Qeyd edək ki, ağır avtomobil qəzası keçirən Rəhim yerindəcə dünyasını dəyişib. Türkiyədə təhsil alan gənc uzun müddətdir Gürcüstanda imiş.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür