İçdiyiniz dərmanları zəhərə çevirən 5 SƏHV - Çoxunuz belə edirsiz

İçdiyiniz dərmanları zəhərə çevirən 5 SƏHV - Çoxunuz belə edirsizDərman qəbulu zamanı yol verilən və Azərbaycanda da çox pasiyentlərin səhlənkarlıq etdiyi səhvlər sonda xəstənin özü üçün təhlükəli vəziyyətlər yaradır.
Milli.Az xəbər verir ki, hətta ən zərərsiz hesab edilən sadə dərman belə düzgün qaydada qəbul edilmədikdə, zəhər kimi təsir edə bilər.
Dərman qəbulu zamanı bu 7 səhvə yol verməyin:
1. həkimdən hansı dərmanları qəbul etdiyinizi gizlətməyin
Bir çox pasiyentlər həkim qəbulunda olarkən düzgün anamnez təqdim etmir. Bu vaxta qədər ağrısı, problem üçün hansı dərmanları qəbul etdiyini demir. Əslində isə həkim sizin yaxın zamanda nə qəbul etdiyinizi bilməlidir.
Yaxşı olar ki, həkimə içdiyiniz dərmanların siyahısı ilə gedəsiz. Bu ona sizə ümumiyyətlə nəyin təsir etmədiyini bilməkdə və diaqnoz qoymaqda kömək edəcək. Ola bilər ki, o sizə ümumiyyətlə bu dərmanları sizə qadağan etsin. Hətta hansı bitki çayı, vitamin qəbul etdiyinizi də gizlətməməlisiz.
2. Dərmanları vitaminlərlə qarışdırmaq
Çox preparatlar dərmanlarla uyğunlaşmır, eyni vaxtda ikisinin qəbulu bir-birininin effektivliyini azalda, artıra və ya orqanizmə fəsad verə bilər.
Bu bitki tərkibli dərmanlara və çaylara da aiddir. Nədənsə çoxları yanlış olaraq elə bilir ki, bitkilər zərərsizdir. Elə deyil. Bİr bitki orqanizmə elə fəsad verə bilər ki, yüz dərman gəlsə onu edə bilmir.
Çalışın vitaminləri dərmanlardan 4-5 saat sonra qəbul edin və ya ümumiyyətlə, qəbul etməyin.
3. Reseptdən kənara çıxmaq, dərman qəbulunu unutmaq
Həkimin müalicəsini effektsiz etməyin və xəstəliyi dərinləşdirməyin qısa yolu resept və sxemdən kənara çıxmaqdır. Sxemdəki kimi hər gün yox, unudaraq, 1-2 gündən bir qəbul etmək, axşam yox, səhər içmək, bur tablet yox yarısını içmək, 1 ay yox, 15 gün içib saxlamaq...
Hələ üstəlik həkimə bunları deməyərək içdiyinizə əmin etmək. Sonra isə müalicənin kömək etmədiyindən gileylənmək. Bİr dərmanın təyinatı üzrə təsir etməsi üçün təlimatına ciddi əməl edilməli və o, ən azı 1 ay fasiləsiz orqanizmə müəyyən dozada daxil olmalıdır. Söhbət antibiotik və ağrıkəsicilərdən getmir.
4. Dərmanları sudan başqa içkilərlə qəbul etmək, qidalarla qarışdırmaq
Bəzi qidaları dərmanlarla qarışdırmaq olmaz. Məsələn, təzyiq, qızdırmasalıcı, antibiotiklər zamanı süd, içki, antibiotiklər zamanı qreypfrut yemək olmaz.
Hormonal dərmanlar içdikdə damotundan istifadə qadağandır.
5. Əks təsirlərə diqqət etməmək
Əgər bir dərman sizdə ciddi əks təsir və yan effekt verdisə, bu zaman onun özbaşına keçəcəyini gözləməyin. Bu barədə mütləq müalicə həkiminə xəbər edin və dərmanı dəyişdirin. Təlimatda olan əks təsirlərin hamısı sizdə olmaya bilər, siyahı uzundur, amma orqanizminə bələd insan dərmanın ona pis təsir etdiyini də hiss edir və bunu görməzdən gəlməməlidir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1569   Tarix: 29 mart 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

gözəllik məhsulları geyim dəbləri kosmetoloq uşaq dünyası sabir haciyev əli əmirli tarixdə iz qoyanlar kosmetika kurtlar vadisi heyati rəksanə balıq xerceng