İçki içənlərin ürəyi belə olur - "Pivə ürəyi" sindromu nədir? - FOTO
"Pivə ürəyi", "Öküz ürəyi" sindromu deyilən ürək sanki kapron coraba salınmış kimi görünür və normal ürəkdən həcmcə böyük olur. Bu kardiomiopatiya adlı xəstəlikdir. Daha çox alkoqol məhsullarının miokarda çökməsi və təsirindən başlayır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, daha çox araq, pivə içənlərdə rast gəlinən bu vəziyyət çətin diaqnoz olunur və digər ürək damar xəstəlikləri ilə oxşardır.
Xəstələr çox zaman həkimə çox pivə və içki içdiklərini də etiraf etmir.
Diaqnoz təsdiq olunanda isə artıq gec olur. Çünki orqan geridönməz dağılma prosesinə qədəm qoyur.
İlkin mərhələdə heç bir ağrı, ciddi əlamət olmur. Getdikcə xəstənin fiziki iş və yükə dözümlülüyü azalır və tez yorulmağa, təngnəfəs olmağa başlayır.
Daha sonra ağrı, aritmiya - ritm pozulması, təzyiqin artıb azalması, sanki nəfəs çatışmazlığı. kürəkdə və ürəkdə ağrı, sancı, paroksizmal aritmiya, ürəyin gah sanki dayanması, sonra sürətlə işləməsi, ürək çatışmazlığı, dodaqların, barmaqların göyərməsi, depressiya, həvəssizlik kimi əlamətlər baş qaldırır.
Sizə pivə ürəyinin fotosunu təqdim edirik.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir