İcra başçısından hörmətsizlik görən jurnalist "Sonxeber"ə danışdı: "Prokurorluğa şikayət edəcəyəm"
Yasamal rayon icra başçısı İbrahim Mehdiyev tərəfindən zorakılığa məruz qalan jurnalist Fərqanə Novruzova prokurorluğa müraciət edəcək.
O, Sonxeber.az-a açıqlamasında bunları deyib: "Mən işlədiyim bu 8 ildə heç vaxt özümü mətbuata müsahibə, öndə olmağa sərf eləməmişəm, qaçmışam bundan həmişə.
Həmişə çəkdiklərimi insanlara göstərməyə çalışmışam, özümü yox.
Heç vaxt bu işdə nələrdənsə, kimlərdənsə qorxmamışam, bunu ağlıma da gətirməmişəm. Çünki haqlı olduğumu bildiyindən, həmişə bu mənə cəsarət verib. O adamın da etdikləri yanına kar qalmayacaq, məhkəməyə və prokurorluğa şikayət edəcəm. Bu məsələnin sonuna qədər gedəcəyəm.
Novruzova hadisəni bu cür təsvir edib: "Olanlar göz qabağındadır, çəkiblər. Mən kameramı qaldırıb çəkirdim, bir tərəfdən də sual verirdim. Əli ilə kameramı necə itələdisə, sillə kimi dəydi üzümə kamera".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir