İddia edirik: seks haqqında bunları bilmirdiniz

İddia edirik: seks haqqında bunları bilmirdinizNə qədər çox danışılan mövzu olsa da, bu barədə mütəxəssis fikri ilə insanlar arasında yayılan şayiə arasında kifayət qədər uyğunsuzluq var. İndi sizinlə peşəkar psixoloq və seksoloqların cinsi münasibət haqqında fikirlərini bölüşmək istəyirik. Əminik ki, aşağıdakı faktları oxuyarkən siz də "mən bunun əksini eşitmişdim", "axı, mənə belə deməmişdilər" deyəcəksiniz.

1. Seksin insan vücuduna müsbət təsir göstərdiyi hər kəsə məlumdur. O, sağlamlıq baxımından xeyirlidir, amma xəbəriniz olsun ki, xəstə olduğunuz zaman yaşadığınız cinsi münasibət sizin sağlamlığınıza müsbət yox, mənfi yöndə təsir göstərəcək. Əslində ciddi əhəmiyyət verməsəniz də, qrip və bu kimi keçici xəstəliklərə yoluxduğunuz halda, cinsi əlaqə ilə məşğul olmaq bu xəstəliyin daha da sürətlə yayılmasına şərait yaradır. Buna görə də xəstə olduğunuz zaman sekslə məşğul olmamağınız sağlamlığınız üçün daha məsləhətlidir.

2. "Evliliyə hazır olmaq üçün mütləq evlilikdən öncə cinsi əlaqədə olmaq lazımdır". Bu fikri irəli sürən insan çox güman ki, şəxsi düşüncələrini, istəklərini əsas götürür. Çünki, sözügedən fikrin həqiqətlə heç bir əlaqəsi yoxdur. Evlilikdən öncə cinsi əlaqənin münasibətə müsbət təsir göstərməsi, bunun evliliyə hazırlıq mərhələsi hesab edilməsi tamamilə yalnış fikirdir. Doğru olan özünüzü hazır hiss etdiyiniz zaman cinsi həyat yaşamağa başlamağınızdır.

3. "Seks sevginin tək sübutudur". Təəssüflər olsun ki, bu fikri əldə bayraq kimi saxlayanlar çoxdur. Əgər sevdiyiniz insan ona olan sevginizi cinsi əlaqə ilə sübut etməyinizi istəyir, hətta bunu istəmədiyiniz halda israrlı davranırsa… təəssüflər olsun ki, yalnış insana rast gəlmisiniz. Bu zaman yeganə çıxış yolu nə qədər çətin olsa da, ondan uzaqlaşmaqdır.

4. Kiminləsə cinsi münasibətdə olmaq heç də o demək deyil ki, tərəf müqabiliniz sizi həmişə sevəcək. Çox vaxt deyirlər ki, seks sona çatmaq üzrə olan münasibətlərin ömrünü uzadır. Diqqət edin "Ömrünün uzadır". Bu heç də sonsuzadək davam etməsinə kömək edir demək deyil. Unutmayın ki, uzunömürlü münasibət üçün yalnız seks kifayət deyil. Mükəmməl cinsi həyatları olmasına baxmayaraq, ayrılan, boşanan cütlüklər kifayət qədərdir.

5. Növbəti bir yalnış fikir daha: "Seks olmadan yaşamaq olmaz". Bu, bəlkə də seks haqqında söylənilən ən böyük yalandır. Hər bir şəxsin belə tələbatı olsa da, seks olmadan da yaşamaq mümkündür. Həyatının sonuna qədər subay yaşayan 1000-lərlə, bəlkə də daha çox insan var. Yəqin ki, siz də heç olmasa bir nəfər belə insan tanıyırsınız.

Ailə və Uşaq     Baxılıb: 4994   Tarix: 22 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

turlar.az

hamilelikde qidalanma makiyaj etmek qaydalari yay kolleksiyasi qara qaragatin faydalari maraqli el islerinin hazirlanmasi boğaz ağrısı əllərin tərləməsi kosmetika hakışta bayati rus dili novruz bayramina aid hakistalar vətənə aid bayatı