İdman geyimləri qadınları liposaksiya əməliyyatlarına sövq edir?

İdman geyimləri qadınları liposaksiya əməliyyatlarına sövq edir?Kosmetik əməliyyatlar edən aparıcı cərrahlara görə, qadınlar arasında liposakiya əməliyyatlarının artmasının mümkün səbəbi qadınların dəbdə olan bədənə yapışan idman paltarlarında daha gözəl görünmək arzusudur.

Həkimlər qeyd edirlər ki, cərrahiyyə əməliyyatı müsbət nəticə versə də, riskli ola bilər və lipoksasiya əməliyyatına "son çarə" kimi baxılmalıdır.

Liposaksiya
Liposaksiya əməliyyatında piy hüceyrələri götürülür, lakin bu əməliyyat arıqlamağı əvəzləmir
Bu əməliyyat kökəlməyinizin qarşısını almayacaq
Bədənizdən çıxarılacaq piyin miqdarına səhhətinizə zərər vurmamaq şərti məhdudiyyət qoyur
Nəzərdə tutduğunuz zonanı istədiyiniz qədər arıqlatmaq mümkün olmaya bilər
Bir qayda olaraq omba və qarın konturunu dəyişmək məqsədi güdülür
Müvafiq hazırlıq keçmiş və rəsmi lisenziyası olan cərraha müraciət etmək lazımdır

Mənbə: Britaniya Plastik Estetik Cərrahlar Assosiasiyası

Britaniyada liposaksiya əməliyyatlarına dair statistikanı izləyən Plastik Estetik Cərrahlar Assosiasiyasının təmsilçisi Rajiv Grover deyir ki, "əməliyyatların sayında artım idmanyönümlü paltarların dəbə düşməsi dövrünə təsadüf edib, bu növ paltar bədən cizgilərinizi örtməkdənsə hansı fiziki formada olduğunuzu göstərir".

İdmanyönümlü paltara o cümlədən, hər cür idmanla məşğul olmağa imkan verən bədənə yapışan, bədən cizgilərini qabardan paltar, dar elastik qadın şalvarı, beldən yuxarı bədən cizgilərini aşkarladan sıx paltar növləri aiddir.

Rajiv Grover qeyd edib ki, liposaksiya əməliyyatı bədənə daha az müdaxiləni nəzərdə tutan piyi dondurmaq yoluyla da aparıla bilər.

"İnsanlar liposaksiyanın risksiz olmadığını bilməlidirlər, - o deyib. - Bunu artıq çəkiyə qarşı bir çarə saymaq olmaz".

"Mənim məsləhətim nədir? İdmançı bədəninə malik olmaq istəyirsinizsə sağlam pəhriz tutun və məşq edin", - həkim deyib.

Gözəllik və Moda     Baxılıb: 2544   Tarix: 19 iyul 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

turlar.az

qadın geyimi qadin sayti adlarin menasi həzm orqanları 2026 ayaqqabı modelləri atalar sozu veten haqqinda şirin xəmir işləri kosmetika aysel qaynana hakista baldiza aid hakisda qızlıq pərdəsi ana haqqinda bayati