İdmanla məşğul olan qızlara PİS XƏBƏR: Uşağınız olmaya bilər... - HƏKİM RƏYİ
İdmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır. Ancaq hər şeyin çoxu zərərli olduğu kimi, idmanla həddindən artıq məşğul olmaq da zərərlidir.
Metbuat.az xəbər verir ki, türkiyəli həkim Seval Taşdemir bununla bağlı maraqlı açıqlama verib:
"Yeniyetməlik dövrünə girmiş həssas quruluşdakı bədənin həddindən artıq idmanla məşğul olması və düzgün qidalanmaması sonsuzluğa səbəb ola bilir. Çox və ağır şəkildə idman edən qızlar nizamsız qidalanarsa, bu, qadınlıq hormonu olan esterogenin səviyyəsini azaldır və buna bağlı olaraq sümük əriməsi yaşanır. Fiziki və ruhi baxımdan fərqlilik yaşandığı bir dövrdə çox idmanla məşğul olan qızların 60 faizində "Amenore", yəni heç mensturasiya olmama halı yaşanır".
Mama-ginekoloq Günay Hacıyeva isə deyib ki, çox idmanla məşğul olan kişilərdə də sonsuzluq problemi yarana bilər. Bu problemə daha çox idmançılarda rast gəlinir.
"Professional idmançılar uzun müddət yarışlara hazırlaşır, vaxtı-vaxtında zülallar, vitaminlər qəbul edə bilmir, karbohidratdan uzaq qalır, proteinlərə üstünlük verirlər. Bu da maddələr mübadiləsinin getməsində, hormonal tənzimlənmədə problemlərə, pozğunluqlara gətirib çıxarır. Saatlarla məşq orqanizmdə vitaminlərin yanmasına səbəb olur. Bu zaman tək hormonal pozğunluqlar yox, bədəndə bir sıra xəstəliklər yaranır".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin