İkinci əl geyim almaqdan utanmayın - FOTO

İkinci əl geyim almaqdan utanmayın - FOTOMacar xanımları ən son trendlərlə ayaqlaşmağı sevməsə də, sadəliyi ilə seçilməyi və köhnəliyin diqqətəlayiq tərəflərini özündə qoruyub saxlamağı yaxşı bacarırlar. Bu şəhərin xanımlarına xas olan geyim üslubuna baxanda onlar haqqında hər dəfə qısa və aydın bir nəticəyə gəlirdim: "Bu qədər köhnə paltarları hardan tapırlar, xüsusilə dəri çanta və kurtkaları. Burnuma nənə qarderobununun qoxusu gəlir".
Stilist, dəb eksperti olmasam da, vintaj ruh istər-istəməz diqqəti cəlb edirdi. Maraqlıdır ki, bu tərz mistik Budapeşt küçələrinin arxitekturası ilə çox gözəl səsləşir. İcazə vermirlər ki, müasir dəb qəribə cərəyanları qədim memarlıq nümunələrinin fonunda ahəngi pozsun. Müşahidə etdiyim daha bir fakt odur ki, böyük ticarət mərkəzlərinin müştəriləri arasında xarici turistlər üstünlük təşkil edir. 
Publika.az vintaj mağazalardan hazırlanan reportajı təqdim edir:
Günəşli bir Budapeşt səhərində yeni tanış olduğum rəfiqəmdən öyrəndim ki, macarlar vintaj - bizim dillə desək, kasıb təbəqənin geyindiyi ikinci əl butiklərdən alış-veriş etməyi daha çox sevir. Orijinal, ucuz və keyfiyyətli malların satıldığı ikinci əl mağazaları Budapeşt modapərəstləri arasında çoxdan populyarlıq qazanıb. Məhsulların çoxu modanın vətəni İtaliyadan gətirilir. Azərbaycandan fərqli olaraq Avropa şəhərlərində ikinci əl mağazadan geyinmək ayıb sayılmır. Səbəbini onunla izah edirlər ki, birincisi, bu, təbiətin daha çox çirklənməsinin qarşısının alınması üçün effektiv bir yoldur. İkinci əl butiklərdən ehtiyaclarınızı qarşılayaraq sürətli istehsalın qarşısını ala bilərsiniz. Hər birimiz geyinmədiyimiz paltarları atsaq, təkrar istifadə etməsək, dünya tekstil tullantıları ilə dolu bir yerə çevriləcək, bu səbəbdən ətraf mühitə faydaları sonsuzdur və Macarıstanda hamı bunun fərqindədir. 
İkincisi, tələbələr və kiçik büdcəsi olan insanlar üçün pula qənaət deməkdir. Onlar həm öz büdcələrinə, həm də iqtisadiyyata töhfə verirlər. Xüsusilə uşaq geyimləri valideynlər üçün aktual və ağrılı mövzudur. Körpələr sürətlə böyüyür və çox vaxt mövsümdə bir neçə dəfə paltar almağa məcbur olurlar. Müasir ikinci əl mağazalarında həm yeni doğulmuş uşaqlar, həm də yeniyetmələr üçün yaxşı paltar ala biləcəyiniz şöbələr var. 
Həkimlər deyirlər ki, ikinci həyat verilmiş əşyalar bir neçə dəfə yuyulduqdan sonra uşaqların sağlamlığı üçün tamamilə zərərsizdir. İkinci əl mağazalarında uşaq qarderobu üçün uzun müddət yaxşı vəziyyətdə qalan əşyalar tapa bilərsiniz. 
İkinci əl geyim almaqdan utanmayın - FOTOÜçüncüsü, Macarıstanda ikinci əl paltar alıb-satmaq ayıb sayılmır. Müasir ikinci əl mağazalar artıq utanılası və alıcıların gözlərini qaçırdıqları zirzəmilər deyil. İşlənmiş əşya əla keyfiyyətə malikdirsə və ucuzdursa, onu almaqda qəbahət yoxdur. Vintaj mağazalara hər mövsümə uyğun olaraq yeni mallar gətirilir, odur ki, bu ənənə artıq macar geyim mədəniyyətinin bir hissəsinə çevrilib. Xüsusilə endirimli günlərdə hamı bu mağazalara sevərək ailəlikcə gedir. Çox imkanlı şəxslər də belə mağazalardan yan keçə bilmirlər. 
Üz tutduğum bir vintaj mağazada satıcı xanım deyir ki, lazımi əşyaların siyahısını əvvəlcədən hazırladıqdan sonra ən yaxın ikinci əl mağazasına təhlükəsiz gedə bilərsiniz. Paltar seçiminə diqqətlə və səbirlə yanaşsanız, o zaman qarderobunuz yüksək keyfiyyətli, əla vəziyyətdə olan məhsullarla dolacaq. Məhdud sayda əşyalar və aksesuarlar sayəsində unikal üslub yaratmaq imkanı ikinci əl mağazalara müntəzəm ziyarətçilər üçün güclü bir arqumentdir. Bu, xüsusilə orta və kiçik şəhərlərin sakinləri üçün doğrudur, onlar təxminən eyni çeşiddə məhdud sayda mağazalardan geyinməyə məcbur olurlar. Buna görə də sizinlə eyni paltarı almış biri ilə qarşılaşmaq istisna olunur. Burada siz məşhur brendləri və bəzən tamamilə yeni olan dizayner əşyalarını tapa bilərsiniz. 
İkinci əl geyim almaqdan utanmayın - FOTOZamanın sınağından keçmiş keyfiyyət
Ulduzların və bənzərsiz stil həvəskarlarının ikinci əl mağazalarında axtardıqları məhz vintaj bir ruha sahib olmasıdır. Dəbin tarixini bilmək və nadir əşyanın həqiqiliyini qiymətləndirə bilməklə siz əsl xəzinənin sahibi ola və fərdiliyinizi daha rahat vurğulaya biləcəksiniz. Deyə bilərik ki, vintaj stil gündəlik həyata və ənənəvi geyim tərzinə bir növ çağırışdır. Bununla siz özünüzü əsl dizayner kimi hiss edə və başqalarını təəccübləndirə bilərsiniz.  
Məhsulun hər cür qüsurları işləndikcə üzə çıxır. Bu mənada vintaj məhsullarının yuyulduqdan sonra rənginin solacağı kimi bir qorxunuz olmayacaq. Birbaşa mağazada parçanın keyfiyyətini, təhlükəsizlik dərəcəsini və qarderobunuzdakı əşyaların potensial xidmət müddətini tamamilə adekvat qiymətləndirə bilərsiniz. Burada iş paltarlarından tutmuş, xüsusi kombinezonlar, şalvarlar və iri ölçülü gödəkçələr də satılır. Bundan əlavə, kənd təsərrüfatı sahələrində çalışanlar ikinci əl mağazalarında təmir və bağça işlərini aparmaq üçün rahat paltar tapacaqlar.
İkinci əl geyim almaqdan utanmayın - FOTOYaradıcı insanlar üçün əsl ilham mənbəyi 
Belə bir mağazada fotosessiyalar üçün paltar almaq çox asandır. Bəzən burada həqiqətən qeyri-adi şeylər tapılır, bunun sayəsində siz foto şedevrləri yarada və sonra onları Halloven kimi mövzulu partiyalar və bayramlar üçün istifadə edə bilərsiniz. Əgər yaradıcılıq və tikiş qabiliyyətiniz varsa, əşyalardan öz yaradıcı obrazınızı yarada bilərsiniz. Bəyəndiyinizi geyinməkdən utanmayın. Bu, modanın prinsiplərindən biridir. Bəyəndiklərimizi almağa büdcəmiz icazə verməyə bilər, ikinci əl paltarlar bizi bu problemdən xilas edir, üstəlik, onlar çox vaxt yenilərindən daha yaxşıdır. Və belə mağazalar Bakıda da az deyil...
Çox sayda paltarda öz naxışınızı tapa bilirsiniz. Belə gözlənilməz tapıntılar həyatı daha parlaq edir və müsbət dəyişikliklərə təkan verir. Şübhəsiz ki, hər kəs üçün şəxsi seçimdir. Buna baxmayaraq, qeyri-adi və lazımlı paltarlar axtararkən belə mağazalar əlavə alternativ sayıla bilər. 
P.S. Vintaj geyim evindən əlbəttə ki, əliboş qayıda bilməzdim, vurulduğum o qədər çanta arasından seçim etmək çətin olsa da, 3600 forintə (təxminən 17 manat) əsl dəridən olan bu gözəl artıq mənimdir...
İkinci əl geyim almaqdan utanmayın - FOTO

Maraqlı     Baxılıb: 3511   Tarix: 27 aprel 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

turlar.az

makiyaj instagram sade makiyaj sekilleri toy makiyajlari gil maskalari qarasin qizlar ucun makiyaj findiq qabiginin faydalari gözəllik xəbərləri kosmetika məsəllər novruz bayramına aid bakışta webnem tovuzlu hakisda usaq geyimleri