"İlhamə xəstədir, o xəstəxanalıqdır" - Flora Kərimova
Xalq artisti Flora Kərimova "Şərəf" və "Şöhrət" ordenli Xalq artisti İlhamə Quliyeva barədə danışıb.
Sənətkar İlhamə Quliyevanın müğənniləri məhkəməyə verib, milyon manatlarla təzminat istəməsinə belə münasibət bildirib:
"İlhaməyə sözüm qurtarıb, üzümü onun arxasında duran insanlara tuturam. Onlar utansınlar ki, mənim millətimi bu hala salırlar. Millət mat-məəttəl qalır ona. Onlar utansınlar ki, belə intriqa yaradırlar, onun hər kəsi hədələyən "zopa" qoluna, nalayiq sözlərlə sənət admalarını təhqir edən dilinə qüvvət verirlər. Dilinə sahib olmayan, özünə vurğun, mənəm-mənəm deyən İlhamə xəstədir, xəstəxanalıqdır. "Şöhrət" ordenini mən başa düşə bilərəm. Çünki, o cavanlıqdan şöhrətdən qıtlıq çəkməyən şöhrətin sahibidir. Ancaq "Şərəf" ordenini onun başına salan və qapı-qapı gəzdirən insandan soruşuram ki, o qədərmi bu millətin qədir-qiyməti yoxdur ki, onun heysiyyətini bu yeddi taclı İlhaməyə qurban verirsən? Bəs deyilmi? Bir belə insanların əsəblərini, şəxsiyyətini "Şərəf" ordenli İlhaməyə qurban verməyə dəyərmi? Bu torpağın övladı deyilsənmi?! Azərbaycanlı deyilsənmi?! İlhaməyə isə deyirəm, sənin ürəyindən məhkəmə keçsə, sənə veriləsi heç nəyim yoxdur. Bircə dəmir barmaqlıqlar arası qalıb... Ona da ki, öyrəncəlisən. Şübhə etmirəm ki, Azərbaycana bu rəzaləti də yaşadacaqsan"./BiG.AZ/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti