İlkindən Röyanın duet təklifinə cavab gecikmədi
Bu il ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil edəcək müğənni İlkin Dövlətov Xalq artisti Röya Ayxanın duet təklifinə cavab verib.
azxeber.com xəbər verir ki, bu haqda "Xəbər ətər" verilişinə telefonla bağlanan zamanı danışan İlkin təklifə görə çox sevindiyini deyib.
"Röya xanım statusunda paylaşmışdı. Dostlar mənə də göndərdilər. Mən də, təbii ki, sevindim. Çünki Röya xanım da səhnəmizin gözəl ifaçılarındandır, Xalq artistimizdir. Bu təklif, doğurdan da, sevindirdi məni. Qismət olarsa, təbii ki, onu da həyata keçirərik böyük məmnuniyyətlə", - deyə, İlkin söyləyib.
Qeyd edək ki, Xalq artisti Röya Ayxan instaqramın hekayə bölməsində İlkinə duet ifa etməyi təklif etmişdi. O, Fahree və İlkinin duetini paylaşaraq "Muğam oxuyan cavan oğlan, səninlə duet oxuyacağam. Xəbərin olsun", - sözlərini qeyd etmişdi.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı