İmmun sistemin bərpası 2-4 həftə çəkə bilir - İmmunoloq professordan tövsiyələr

İmmun sistemin bərpası 2-4 həftə çəkə bilir - İmmunoloq professordan tövsiyələr"İnfeksion və ya şiş xəstəlikləri immun sistemində tarazlığı poza bilər"
Yalnız ciddi və davamlı pozğunluqlar aşkar olunduqda, immun sisteminə dərman müdaxiləsi təyin edilir.
Dünya Kliniki İmmunoloqlar Assosiasiyasının araşdırmalarına görə, dünya əhalisinin 7-15 faizi immunitet zəifliyindən əziyyət çəkir. Bu problemə diqqət çəkmək üçün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən etibarən hər il martın 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd olunur. İmmunitetin zəifliyi və immun sisteminin gücləndirilməsi mövzusu koronavirusun dünyada təşvişə səbəb olduğu bir məqamda daha çox aktuallıq kəsb edir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı ATU-nun Elmi Tədqiqat İmmunologiya Laboratoriyasının müdiri, professor Gülnarə Nəsrullayeva immunitet sistemi haqda məlumat verib: "İmmunitet insanın özünün daxili tamlığını və yeganəliyini qoruyan bir müdafiə mexanizmidir. Bu mexanizm ilk növbədə bakteriya, virus və digər törədicilərdən, həmçinin infeksiyalardan qoruyur. Bəzi səbəblərdən immun sisteminin funksional yetməzliyi baş verir və insan tez-tez təkrarlanan, ağır gedişli xəstəliklərə düçar olur.
İmmunitetin zəifləməsi və yaxud immun çatışmazlığı müxtəlif səbəblərdən ola bilər. Bunlardan bəziləri anadangəlmə xarakter daşıyır, həyat boyu davam edir, ağır və generalizə olunmuş infeksiyalarla müşayiət olunur, hətta əllilik və ya ölümə də gətirib çıxara bilər. Anadangəlmə (birincili) immun çatışmazlığı genetik patologiyadır və xüsusi müayinə tələb edən uzunmüddətli müalicədir. Bundan fərqli olaraq əhali arasında daha geniş yayılan və bütün yaşlarda rast gəlinən ikincili immun zəifliyi də var ki, bu hal adətən müvəqqəti xarakter daşıyır və bir çox səbəblərlə bağlı olur - yorğunluq, zəif qidalanma, ağır fiziki və psixi gərginlik, hormonal və immunsupressor dərmanlardan istifadə və s."
Professor deyir ki, infeksion və ya şiş xəstəlikləri, immunsupressiya təsirli dərmanlar, şüalanma, güclü stress və s. hallar da immun sistemində tarazlığı poza bilər:
"Normal immun mexanizmlərdə tarazlıq pozulduqda, onun müdafiə funksiyasının yerinə patoloji reaksiyalar baş verir və nəticədə autoimmun, allergik və limfoproliferativ xəstəliklər yarana bilər. İkincili immun zəifliyinin simptomları səciyyəvi xarakter daşımır. İndiyə kimi sağlam hesab olunan şəxslərdə dəridə və selikli qişalarda səpkilərin, bir neçə limfa düyününün 1-2 ay ərzində böyüməsi, dəridə uzun müddət sağalmayan yaralar, tənəffüs və mədə-bağırsaq xəstəliklərin təkrarlanması immun sistemin funksiyasını yoxlamağa zəmin yaradır.
Genetik patologiya ilə əlaqəli anadangəlmə immun çatışmazlığı yoxdursa, tez-tez xəstələnən uşaq və böyüklərə immuniteti gücləndirmək üçün bir sıra təbii vasitələr təyin oluna bilər. Bunlara adaptogen adı altında bitki və heyvan mənşəli preparatlar, təbii endogen interferonun sintezini və virus əleyhinə immuniteti gücləndirən vasitələr aiddir. Xroniki bakterial infeksiya ocaqları olan şəxslərə isə bir qrup bakteral lizatları birləşdirən müasir immunomodulyatorlar təyin oluna bilər".
G.Nəsrullayevanın sözlərinə görə, immunitet çox zərif və qeyri-stabil bir müdafiə mexanizmidir:
"Bir çox hallarda immunitetin zəifləməsi müvəqqəti xarakter daşıyır və müəyyən bir səbəblə bağlı olur. Məsələn, respirator virus infeksiyası, mədə-bağırsaq bakterial infeksiya və s. Bu sistemin özünün bərpa qabiliyyəti var. Orqanizm qısa müddətdə öz immun funksiyasını normal vəziyyətə qaytara bilir. Bu zaman xəstəyə gücləndirilmiş qidalanma, daha çox fiziki və psixoloji istirahət, yuxunun normallaşdırılması və təmiz havada daha çox vaxt keçirməsi tövsiyə olunur, dərman vasitələri təyin edilmir. Adətən bu bərpa 2-4 həftə çəkir. İmmun sisteminə müdaxilə yalnız ciddi və davamlı pozğunluqlar aşkar olunduqda təyin edilir və bunun üçün əsaslı göstərişlər lazımdır. Belə hallara güclü qanaxmada, hemolitik xəstəliklərdə, şualanma zamanı, onkoloji xəstəliklərdə və digər hallarda rast gəlinir. Xəstələr ikincili virus, bakterial və opportunustik infeksiyalara tutulurlar, ağır fəsadlara məruz qalırlar və həyat üçün təhlükə yaranır. Bu zaman immunoterapiyanın aparılmasına zəmin yaranır. İmmun sistemində tarazlıq bərpa olunduqdan sonra müalicə dayandırılır. Yalnız xəstələrdə anadangəlmə immun çatışmazlığı aşkar edildikdə, onun tipinə və ağırlıq dərəcəsinə müvafiq əvəzedici terapiya təyin olunur (timik hormonlar, damar daxili immunoqlobulinlər və s.) Bu halda müalicə həyat boyu davam etməlidir" /aztibb.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1512   Tarix: 06 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geyim dəbləri makiyaj etmek qaydalari qis geyimləri 2026 makaron reseptləri aliment almaq veten haqqinda atalar sozleri qadın müdafiəsi kosmetika hakışda azerbaycan haxisda oyunlar rus dili 2ci ders