İmmunitet mərkəzi bədənin hansı hissəsindədir?

İmmunitet mərkəzi bədənin hansı hissəsindədir?Çin alimləri insan immunitetinin onun onurğasının vəziyyətindən asılı olduğunu bildirir. Həkimlər və insanlar əsrlərdir immunitetin möhkəmlənməsinin bütün xəstəliklərə çarə olduğunu deyir, amma heç kim immunitetin harda yerləşdiyini bilmir.
Uzun illərdir bu axtarışlar davam edir, bir çoxları onun beyində, yeni elmi təcrübələr bağırsaqlarda olduğu fikrini irəli sürür. Lakin bunların heç biri dəqiq deyil.
Milli.Az xəbər verir ki, qədim Çin təbabəti elə indi də immunitetin mərkəzinin onurğada və sümük iliyində olduğunda israrlıdır.
Nəyə görə?
Çünki onurğa sütunu boyu hərəkət edən onurğa beyni qan dövranının ən çox baş verdiyi hissədir və burda immun hüceyrələr yaranır. Onurğa iliyi daha çox çanaq hissədə və onurğa qığırdaqlarının daxilində yerləşir.
Əgər bir insanın onurğası, qaməti, yerişi əyridirsə, skoliozu, kifozu, yırtığı varsa, belində, kürəyində xroniki ağrılar olursa, deməli onurğa beyin, iliyinin də vəziyyəti normal deyil.
Onurğa beyni onurğa boyu baş beyinə kimi maneəsiz, rahat gedib çatmalıdır. Bunun üçünsə qamət düz, onurğa sütunu hərəkətli olmalıdır. Hərəkət olan yerdə qanla qidalanma və hüceyrə yenilənməsi də baş verir. Kirəclənmiş və hərəkətsiz, əyri onurğa beyində onurğa beyni yaxşı hərəkət etmir və bu insanın sağlam olmasından söhbət gedə bilməz.
Eləcə də immunitetin dirijoru baş beyindir. Məhz beyin bütün orqan və sistemlərə siqnal ötürüb, onlardan cavab siqnallarını alır. Bu siqnallar da onurğa beyni ilə icra olunur. Onurğa beyni zədələndikdə beldən aşağı orqan və toxumalara, ətraflara, eləcə də onurğanın yuxarı hissəsi zədələndikdə qollara beyindən sinir ucları ilə siqnal getmir.
Burdan da o aydın olur ki, immunitetin və bütün bədənin dirijoru olan baş beyin bütün periferiyalarda fəaliyyət göstərməsi üçün onurğa beyindən asılıdır.
Əgər onurğa sütununda pozulmalar, deformasiyalar, əyilmə, iltihab, yırtıq varsa, deməli beyindən bədənə siqnallar da pozulur.
Bəs nə etməli?
İlk növbədə MRT çəkimi ilə onurğa sütunu və beyninin vəziyyəti müayinə olunmalıdır.
Daha sonra onurğa üçün baza prinsipi - kürək əzələlərinin boşalmasını təmin etmək lazımdır. Bəli, səhv eşitməsiz. Bəzi həkimlərin dediyi kimi kürək əzələ korsetini idmanla və fizioterapiya ilə dəmir kimi möhkəm etmək yox, yumşaltmaz.
Çünki onurğa sütunun əyilməsi və skolioz elə kürək əzələlərinin gərginliyi, belə deyək qamış kimi eyni vəziyyətdə durmasından daha da dərinləşir.
Onurğa ətrafı və bel ağrılarını verən də elə əzələlərdir. Əgər beliniz ağrıyırsa, bu nadir halda onurğa yırtığından olur, 90% hallarda bu əzələ spazmı, quruması və gərilməsidir. Buna əzələlərin hipertonus vəziyyəti deyilir.
Hipertonuslu əzələ qrupları sümükləri, onurğanı özünə doğru çəkir, sıxır və onun əyilməsinə zəmin yaradır.
Yalnız əzələləri yumşaq, boş, rahat tutmaqla siz onurğa sütununuzu və onun içində dövr edən onurğa beynini rahat buraxa bilərsiz. Onurğanıza təbiətin düşündüyü real formasını verin.
Ona görə də gəzərkən, oturarkən əzələləri boşaldın, gərgin əzələləri masaj, fizioterapiya, manual terapiya, yoqa, idman və s. ilə əzələlərin maksimum gərginlikdən azad etməni istəyin.
Əzələlər daha çox masaj stolunda və çarpayıda, insan horizontal vəziyyətdə olanda boşalır, ona görə yerinizdə uzanarkən kürək əzələlərinizi boş buraxın. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 989   Tarix: 23 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari hamiləlik aksessuarlar yay geyimleri faydalı məlumat toy ideyalari hepatitlər kosmetika banan video balıq muellim seiri burclər