İmmuniteti gücləndirir, sakitləşdirir, baş ağrısını və ... - Möcüzəli CÖKƏ ÇAYI
Cökə çiçəkləri olduqca qiymətli müalicəvi məhsuldur ki, həm xalq, həm də ənənəvi tibdə geniş istifadə olunur.
Saglamolun.az xəbər verir ki, cökə çiçəkləri C vitamini, efir yağları, fitonsid və flavonoidlərlə zəngindir. Bu faydalı maddələrə görə cökə çayı bir çox xəstəliklər və pozulmalar zamanı orqanizmə yaxşı müalicəvi və profilaktik təsir edir.
1. Cökə çayı soyuqdəymə və qripp zamanı ən sınanmış müalicəvi vasitələrdən biridir - xəstənin vəziyyətini yüngülləşdirir, hərarəti aşağı salır, sağalmanı tezləşdirir.
2. Soyuq fəsillərdə xəstələnməmək üçün cökə çayını için. Bu çay immun sistemini gücləndirir.
3. Flavonoidlər və C vitamini ilə zəngin olan cökə çayı damarları möhkəmləndirir.
4. Cökə çayı həzm sistemi üçün də faydalıdır - bağırsaqlarda ziyanlı mikrobları öldürür, həzm proseslərini tənzimləyir.
5. Bu çay təbii baş ağrısı dərmanıdır.
6. Cökə çayı sakitləşdirici təsirə malikdir, yuxusuzluqla mübarizə etməyə kömək edir.
7. Cökə qadın cinsiyyət sisteminə yaxşı təsir edir, menstrual dövründə problemləri olan, klimaks keçirən qadınlar üçün faydalıdır.
8. İltihabəleyhinə təsirə malik olan cökə çayı sistit (sidik kisəsi iltihabı) və s. sidik ifrazı sistemi iltihabları zamanı faydalıdır.
9. Öskürək və bronxit zamanı cökə çayı yaxşı müalicəvi təsir edir.
Cökə çayını hazırlamaq üçün 1 x.q. cökə çiçəklərini 200 qr termosda isti suda 1 saat ərzində dəmləyin və gün ərzində 2 dəfə yarım stəkan olmaqla için. Faydalı olduqdan əlavə çay həmçinin çox dadlı və ətirlidir.









Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?