İnanclar

İnanclarƏsrlərlə xalqımızın yaddaşından süzülüb gələn, dildən-dilə keçən inancalar həmişə marağımıza səbəb olmuşdur. Nə qədər "İnanmıram", "Yalandır" desək də, az da olsa bu inam və etiqadlara qulaq vermişik. Xalqımızın gözəl bayramlarından biri olan "Novruz"da tonqal üstündən tullanmaq, qulaq falına çıxmaq, subay qızların fal baxmaları və yaxud uzaq yola çıxanın arxasınca su atmaq kimi inanclar həyatımızda özünə yer tutub. Hər bir xalqın özünəxas mədəniyyəti, adət-ənənələri, mərasim və inancları var. Bizim xalqımızın da bəzi özünəməxsus olan bu inanclardan bir neçəsini qeyd edək.
Axır çərşənbə gecəsində pis danışmaq, kefsiz olmaq, nalayiq hərəkətlər etmək olmaz. Deyərlər ki, insanın bu çərşənbə axşamı hər əməli, istəyi, fikri, davranışı təzələnir.

Ayağının altı qaşınan təzə başmaq geyəcək, ya da uzun yol gedəcək – deyərlər.

Ayağının baş barmağı böyük olanın bəxti açıq olar – deyərlər.

Ayağın özgə dabanına toxunsa, aranızda dava düşər – deyərlər.

Başqasının ayaqları üstündən adlayan adamın boyu qısa olar – deyərlər.

Başı daz olanın ağlı da çox olar – deyərlər.

Barmağında xalı olan qadın yaxşı xörək bişirər – deyərlər.

Barmaqları arxaya qatlanan adam nəcib, bacarıqlı sayılar.

Bazar günü dırnaq tutularsa, sovqat gələr – deyərlər.

Başından hörümçək sallansa, deyərlər səfərdən adamın gəlir.

Bir-birinin gözündən öpənlərə: — Bir-birinizdən aralı düşərsiniz – deyərlər.

Bara göz dәyməsin deyә, bostanın ortasında basdırılmış ağaçın başına quru һeyvan kәllәsi qoyar — deyərlәr ki, qoy barı bol olsun.

Burun qaşınanda xiffәt olacaqdır — deyәrlər.

Qaşı düz olan adamın ağlı da çox olar — deyәrlәr.

Qaşı qaşınan adama: — Mütlәq bir tanışınla qarşılaşacaqsan — deyәrlər.

Qoyunu saymaq nәsdir — deyәrlәr.

Quraqlıq vaxtı yağış yağsın deyə, tısbağanı ayağından asarmışlar.

Qulaq cingildәyəndә "kimsә sözümü danışır" — deyәrlәr.

Qulaq qaşınanda "yağış yağar" — deyərlәr.

Qulağı uzun olanın ömrü dә uzun olar — deyәrlәr. Qulağı böyük olanın baxtı da açıq olar — deyәrlәr.

Qulağı kiçik olan kişinin arvadı da gözәl olar — deyәrlәr.

Dağdağan, cәviz, zoğal, çinar, әncir ağacı müqәddәs sayılar — deyәrlәr. Onları kәsәn, yandıran sağ can görmәz.

Dar vaxtı evi süpürmәk, evdən şey çıxarmaq ziyanlıq gәtirәr — deyәrlәr.

Dar vaxtı, ya gecә vaxtı başqa evә əlәk versәn, çuvalın bәrәkәtsiz olar — deyәrlәr.

Dilin ucuna pay çıxıbsa, "artıq pay yemisәn" — deyәrlәr.

Deyәrlәr nar, alma, armud һәr bir kəsin dilәk ağacıdır. Onları becərən xeyir tapar.

Deyәrlәr ki, süpürgә, ilğın ağacı ilә һər kәsi vursan, şәrә düşәrsәn.

Deyәrlәr odun üstünә su tökmәzlәr. Od sönsә, ocaq sönәr.

Deyәrlәr ki, yuxuda at görsәn, murada çatarsan.

Deyәrlәr ki, sağ gözün səyirməsi xeyrәdir, solunku şәrә.

Deyәrlәr ki, yağış yağana yaxın qaranquşlar alçaqdan uçar.

Әli böyuk olan xoşbәxt, әli uzun olan oğru olar — deyәrlәr.

Әli soyuq olanın ürәyi isti olar — deyәrlәr.

Әrə verilәn qızı ocağın başına dolandırarlar. Deyәrlәr ki, "qoy odlu-ocaqlı olsun".

Ailə və Uşaq     Baxılıb: 9026   Tarix: 15 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

turlar.az

yay geyimləri 2026 həkim məsləhəti adlarin menasi 8 mart tebrikleri qadınlarda erroziya bayatilar dəbli bloq sahibələri kosmetika cantalar prostat babasil ariqlamaq novruz bayramı haxışta