Yeni yarasa koronavirusu tapıldı - Alimlər xəbərdarlıq etdi

Yeni yarasa koronavirusu tapıldı - Alimlər xəbərdarlıq etdiBraziliyada aparılan araşdırmalar zamanı Covid-19 və MERS virusları ilə genetik oxşarlıq daşıyan yeni koronavirus növü - "BRZ batCoV" aşkar edilib.
Milli.Az xəbər verir ki, virus Latın Amerikasında geniş yayılmış Pteronotus parnellii adlı "bığlı" yarasa növündə tapılıb.
Maranhao və San Paulo ştatlarında toplanan nümunələrin təhlili göstərib ki, "BRZ batCoV Sars-CoV-2", "MERS-CoV" və "SARS" viruslarını birləşdirən beta-koronaviruslar ailəsinə daxildir. Tədqiqatçılar virusun hüceyrələrə daxil olmağı asanlaşdıran sünbül zülalına malik olduğunu bildiriblər.
Maraqlıdır ki, bu xüsusiyyət əvvəllər Amerika yarasalarında müşahidə edilməyib və alimlər hesab edir ki, bu, Cənubi Amerika yarasa populyasiyalarında müstəqil təkamül nəticəsində yaranıb.
Osaka, Sao Paulo və Viskonsin-Madison universitetlərinin birgə apardığı araşdırmaya görə, virus MERS-ə bənzər xüsusiyyətlərə malik olsa da, tamamilə yeni bir nəsil yaradır.
Hazırda virusun insanlara keçdiyinə dair heç bir sübut yoxdur, lakin alimlər xəbərdarlıq edirlər ki, bu cür tapıntılar vəhşi təbiətdəki koronavirusların davamlı müşahidəsinin vacibliyini bir daha göstərir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1228   Tarix: 31 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

toy makiyaji sekilleri yaz geyimleri 2026 yemek reseptleri hind filmleri sufle hazirlanmasi ekzema xəstəliyi qarabasaq kotleti kosmetika atalar sözü xocali hakışdalar sekisler həsən bəy zərdabi