İnfarktın yeni əlamətləri
Sinə ağrısı və ya təzyiq infarktın ən ümumi əlamətləridir, lakin miokard infarktının digər gözlənilməz əlamətləri açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Lankaster Universitetinin professoru Adam Taylor məlumat verib.
O, bildirib ki, dişlərdə ərpə bənzəyən yapışqan lövhə narahatlıq doğurmalıdır. Alim izah edib ki, lövhədə olan pis bakteriyalar qan dövranına daxil ola, damarların iltihabına və infarkta səbəb ola bilər.
Taylor ağızdakı turş dadın da xəstəlik xəbərçisi olduğunu bildirib. Bundan əlavə, çənə ağrısı təhlükəlidir, bir çoxları bunu güclü diş ağrısı kimi qələmə verir. Alim bunun infarktın bir simptomu da ola biləcəyini əlavə edib.
Xatırladaq ki, 2020-ci ilin yanvarında ABŞ-ın Yale Universitetinin alimləri qəfil infarktın əsas səbəblərindən birinin çirkli havada tez-tez rast gəlinən ultra incə hissəciklərin olduğu qənaətinə gəlmişdi. Tədqiqatçılar Auqsburqda (Almaniya) 5898 xəstə arasında ölümcül olmayan miokard infarktı hadisələri ilə bağlı məlumatları analiz edib. Eyni zamanda, infarkt zamanı həftənin günü və sosial-iqtisadi vəziyyət kimi əlavə amillər nəzərə alınaraq havanın çirklənməsi dəyərləri ilə müqayisə edilib. Məlum olub ki, bədənə ilk bir neçə saat təsiri nəticəsində hissəciklər ürəkdə problemlər yaradır.
Aytən Məftun









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir