İnfeksionistdən ÇAĞIRIŞ - Hər birimiz potensial xəstə ola bilərik, bunu unutmayaq!

İnfeksionistdən ÇAĞIRIŞ - Hər birimiz potensial xəstə ola bilərik, bunu unutmayaq!Hər kəsdə bir axrayınlıq hissi var. Hamı elə düşünür ki, koronavirusa yoluxmayacaq. Səbəbini bilmirəm, öz təcrübələrimə əsaslanaraq deyirəm ki, hətta xəstəliyi keçirən şəxslər arasında bir həftə yüksək temperaturu, infeksiyanın müəyyən əlamətləri olmasına baxmayaraq, həkimə vaxtında müraicət etməyən xəstələr olur. Maraqlıdır ki, həkimə müraciət etdikdən sonra da bizi inandırmağa çalışır ki, bu, koronavirus deyil.
Publika.az xəbər verir ki, bu sözləri həkim-infeksionist Nəzrin Mustafayeva deyib.
Ekspert qeyd edib ki, hər birimiz potensial xəstə ola bilərik: "Xəstələr bəhanə gətirir ki, xəstəliyi hər il eyni əlamətlərlə keçirirlər və ya soyuq su içdiyi üçün xəstələniblər. Yoluxmaların sayının artması buradan da irəli gəlir. Mövsüm dəyişməsi, havaların soyuması, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi risk faktorlarıdır. İnsanlar maskalardan istifadə edir, bunu artıq vərdiş halına gətirmişik. Problem ondadır ki, maskalardan düzgün istifadə olunmur, maskanı ya sadəcə ağız hissəsində saxlayırlar, ya da çənəyə salırlar. Maska həm ağız, həm də burun nahiyəsini tam örtməlidir ki, qoruyuculuğu olsun. Ən azından bununla başqalarını qorumuş olarıq".
Həkim qeyd edib ki, yeni növ koronavirus infeksiyasının əsas simptomları öskürək, hərarət, təngənəfəslik, iybilmə və dadbilmə duyğusunun itməsi olsa da, hər kəsdə bütün bu əlamətlər müşahidə olunmur: "İlk günlərdə adi halsızlıq, yüngül baş ağrısı belə koronavirusun xəbərçisi ola bilər. İnsanlar bunu ciddi qəbul etmədiyi üçün başqalarını da yoluxdurmuş olur. Yalnız ağırlaşma baş verdikdə həkimə müraciət olunur. Odur ki, belə hallar müşahidə olunarsa, dərhal özünüzü izolyasiya etməli, maska taxmalı və həkim müayinəsindən keçməlisiniz.
Arxayınlaşmayaq, dostlar. Kimdən yoluxdum, harda yoluxdum deyib vaxt itirməməliyik, ən əhəmiyyətsiz halsızlıq belə xəstəlik əlaməti ola bilər. Xəstəlik çox amansızdır, ilk günlər hərarət, öskürək verməyə bilər, amma biz arxayınlaşıb əzizlərimizi, yaşlılarımızı xəstələndirə bilərik. Hər birimiz potensial xəstə ola bilərik, bunu unutmayaq!"
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2271   Tarix: 24 oktyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

turlar.az

hamiləlik geyim necə seçməli kosmetoloq qazan kotleti sepkilere qarsi mualice hüquq və qadın haqları ciyər qovurması kosmetika burclerin uyumu gozellik heyati hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz rus dili