İnsan beyni çiplə idarə olunacaq? - Maskın ilginc hədəfi

İnsan beyni çiplə idarə olunacaq? - Maskın ilginc hədəfiAmerikalı iş adamı, mühəndis və milyarder İlon Mask deyib ki, 6 aydan sonra beyin çipi şirkəti "Neuralink" çipləri insanlar üzərində sınaqdan keçirməyə başlaya biləcək.
Bu barədə şirkətin təsisçisi təqdimat zamanı bildirib. Sahibkarın sözlərinə görə, işçilər cihazı insan orqanizminə daxil etməzdən əvvəl onun düzgün işləyəcəyinə əmin olmalıdırlar.
"Biz sənədlərimizin çoxunu ABŞ Qida və Dərman İdarəsinə göndərmişik və yəqin ki, təxminən altı aydan sonra biz "Neuralink"i insana implantasiya edə biləcəyik", - Mask qeyd edib.
Bu nə beyin çipləridir belə, təyinatı nədir? İnsanın intellektual qabiliyyətinə necə təsir göstərəcək? Kimlər üçün nəzərdə tutulub, tibbi təyinatı nədir?
Saglamolun.Az musavat.com-a istinadən bildirir ki, beyin çiplərinin daha çox iflic xəstələrinə tətbiq olunacağı gözlənilir. Bu çiplər çox kiçik dizayna malik olan və beyin səthinə yerləşdirilən cihazlardır. Bu cihazlar sayəsində beyində həyata keçirilən fəaliyyətləri izləmək mümkündür.
2016-cı ildə İlon Mask tərəfindən qurulan "Neuralink" şirkətinin yaratdığı beyin çipləri əslində ilk dəfə edilən bir araşdırma deyil. Belə ki, 1960-cı illərdən bəri bu mövzuda çoxlu araşdırmalar var. Beyindəki fəaliyyətləri izləmək və onları xüsusi əmrlərə çevirmək üçün bu mövzuda ilk araşdırmalar meymunlar üzərində aparılıb. Bugünkü beyin çipləri ilə bağlı araşdırmalar 1970-ci illərin əvvəllərində ortaya çıxan "beyin-maşın interfeysi" termini ilə ifadə edilir.
Beyin-kompüter interfeysi (və ya neyron idarəetmə interfeysi) beyin və kompüter arasında qurulan simli və ya simsiz rabitə texnologiyalarına verilən ümumi addır. Beyin-kompüter interfeysi (beyin-kompüter əlaqəsi) və kompüter-beyin interfeysi (kompüter-beyin əlaqəsi) texnologiyalarını birləşdirən sistemlərə beyin-beyin interfeysi də deyilir.
Bu texnologiyaların ümumi məqsədi insanların idrak funksiyaları və duyğu-motor funksiyaları ilə bağlı araşdırmalar aparmaq, onların beyindəki fəaliyyətlərinin xəritəsini çıxarmaq, bu məsələlərlə bağlı problemləri olan insanlara kömək etmək və ya insan zehninin bu baxımdan edə biləcəyini kompüterlərin köməyi ilə dəstəkləməkdir.
2020-ci ilin 28 avqustunda İlon Mask və əməkdaşları canlı izlənilə bilən "Neuralink"in beyin-kompüter interfeysi texnologiyasını təqdim edən konfrans keçirdi. Həmin tədbirdə bildirilmişdi ki, beyin çipləri sayəsində beyin və onurğa beyni problemlərinin, o cümlədən yaddaş itkisi, eşitmə və görmə itkisi, iflic, yuxusuzluq, depressiyanın qarşısı alına bilər.
Məlum məsələdir ki, bütün insanlar yaşlandıqca qaça bilməyəcəkləri sağlamlıq problemləri ilə qarşılaşır. İlon Mask bildirib ki, beyin çiplərinin əsas məqsədi bu sağlamlıq problemləri ilə mübarizə aparmaqdır. Qeyd etmək lazımdır ki, beyin çipləri sağlamlıq problemlərinin yaranmasının qarşısını ala biləcək bir element olmaqdansa, diaqnoz qoyulmuş problemlərə həll yolu təqdim etməyə fokuslanır.
"Neuralink" texnologiyasını geyilə bilən texnologiyalar kimi düşünə bilərik. Bu gün qolumuza aksesuar olaraq taxdığımız cihazlarla hərəkətlərimizi izləyə bildiyimiz kimi, beyin çipləri sayəsində beynimizdəki hərəkətləri izləmək mümkün olacaq. Bu sayədə mümkün sağlamlıq problemləri əvvəlcədən aşkarlana və erkən müdaxilə edilə bilər.
Beyin çipləri ilə bağlı əvvəlki araşdırmalarda beyindəki fəaliyyətləri izləmək də mümkün idi. Yerləşdirilmiş çiplər sayəsində izlənilə bilən səviyyəyə çatdığımız beyin siqnallarını düzəldə bilsək, sağlamlıq problemlərinin qarşısını ala bilərikmi? İlon Musk bunun mümkün olduğunu və gələcəkdə bu araşdırmalarla buna nail ola biləcəyini deyib.
Ekspertlər qeyd edir ki, beyin çipləri ilə bağlı gələcək araşdırmalarda beynimizdə baş verən fəaliyyətlər düzgün başa düşülərsə, yalnız beynimizdən istifadə edərək ünsiyyət qurmağımız mümkün olacaq. Məsələn, iflic olan bir insan əllərindən istifadə etdiyini düşünərək beyninin müəyyən hissələrində siqnallar yarada bilər və bu siqnalları oxuya bilən ağıllı cihazlar və ya protezlər bu düşüncələri hərəkətə keçirə bilər.
Bəs beyin çipləri insana necə yerləşdirləcək?
Ekspertlərə görə, bu çiplərin beyinə implantasiyası prosesi çox incədir. Çiplərin kabellərinin beyinə əkilməsi mərhələsində damarlarla hər hansı bir əlaqə böyük problemlərə və travmalara səbəb ola bilər. Beyin çipləri üzərində işləyən "Neuralink" beyində bu əməliyyatları yerinə yetirmək üçün bir robot da hazırladığını bildirib. Əməliyyat zamanı yüksək keyfiyyətli kameraya sahib olan robot beynin təkmil skanını həyata keçirərək, damarların yerini müəyyən edə bilir. Beləliklə, elektrodları heç bir damara toxunmadan tikmək olar.
"Neuralink" şirkətinin paylaşdığı ilk məlumata görə, beyinə yerləşdirilən çiplər dərinin altına tikiləcək və qulağın arxasındakı bir cihaza birləşdiriləcəkdi. Lakin sonrakı araşdırmalarından sonra çipin sikkə ölçüsündə olacağı və görünməz şəkildə başın içərisinə yerləşdiriləcəyi bildirildi. Həmçinin çipin yerləşdirilməsi əməliyyatının narkozsuz 1 saatdan az müddətdə tamamlana biləcəyi və əməliyyat olunan şəxslərin də həmin gün xəstəxanadan çıxa biləcəyi bildirilir.
Beyin-Kompüter İnterfeysləri sahəsində əsas tədqiqat sahələrindən biri beyindən əzələlərə gedən siqnalları tutmaq və bu siqnalları başqa yollarla idarə etmək məqsədi daşıyır. Bu, "beyni oxumaq" deyə biləcəyimiz şeydir, CD-dən məlumat oxumaq kimi. Məsələn, onurğa beyni zədələndiyi üçün əllərini və ayaqlarını hərəkət etdirə bilmədiyi üçün iflic olan bir adam beynində qolunu hərəkət etdirmək üçün siqnallar yarada bilər, lakin onurğa beyni zədələndiyi üçün o siqnal əzələlərə ötürülə bilməz. Halbuki əzələlərdə problem yoxdur, siqnal gələ bilsəydi, əzələlər yığılıb hərəkət edərdi. Aralarında körpü olan onurğa sinirləri işləmir. Beləliklə, əgər beyində siqnal toplaya bilsək və bu siqnalı onurğa beynindən yan keçərək birbaşa əzələlərə ötürə bilsək, bir çox insult növlərini böyük ölçüdə aradan qaldıra bilərik. Bu istiqamətdə aparılan dəyərli tədqiqatlar çox müsbət nəticələr verir.
Ekspertlər onu da qeyd edir ki, yuxular əsnasında hansı siqnalların əmələ gəldiyini və görmə kortektsində onların necə görüntüyə çevrildiyini anlaya bilsək, yuxuları görüntüyə çevirmək və qeyd etmək mümkün ola bilər.
Sonda...
Kompüter-Beyin İnterfeysləri sahəsi müasir texnologiyanın ən maraqlı sahələrindən biridir. Beyin çipləri üzərində ediləcək araşdırmalarla iflic kimi çox ciddi sağlamlıq problemlərinə əhəmiyyətli həllər gətirəcəyini də qabaqcadan görmək mümkündür. Bundan əlavə, tibb sahəsində uğur qazanarsa, sağlamlıq problemi olmayan insanlarda da istifadə oluna bilər və gündəlik həyatda öz yerini tuta bilər. Ola bilsin ki, yaxın gələcəkdə biz klaviaturadan istifadə etmədən mətn yazacağıq.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1357   Tarix: 18 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

turlar.az

qadin sayti kosmetika mehsullari yaz geyimleri 2026 əməliyyatlar yay paltarları 2026 yay kolleksiyasi 2026 halva reseptləri kosmetika novruz bayramı haxışta azerb clpaq qadinlari gözəllik cinsi hakisdalar