İnsan orqanizmi üçün ən faydalı göyərti açıqlandı
Orqanizmi təmizləmək, gücləndirmək və piyləri yandırıb arıqlamaq üçün ən yaxşı göyərti ispanaq seçilib.
Milli.Az xəbər verir ki, dietoloq Jenni Champion ispanağı 10 göyərtinin əvəzeidicisi adlandırıb.
İspanaq ürək-damar xəstəlikləri, yüksək təzyiq, qanda xolesterin probleminin profilaktikası üçün faydalıdır.
100 qram ispanaqda 23 kalori olduğu üçün o dietik qidadır.
İspanaq yüksək dərəcədə lifli qidadır. Ona görə o, toxluq hissi yaradır.
Bununla yanaşı həkim arıqlamaq və detoks məqsədilə hər gün müxtəlif və çox miqdarda göyərti yeyib, smuzi içməyin əleyhinədir.
Kiloqramlarla göyərti yemək mədəaltı vəzinin işini pozur. Hər gün ispanaq yemək də sidik turşusunu artırır, böyrəklərdə daş əmələ gətirə bilər. Ona görə gündə yarım fincandan artıq ispanaq yeməmək lazımdır. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi