İnsan özünü necə islah etməli

İnsan özünü necə islah etməliBismillahir rəhmanir rəhim
"İnsan özünü necə islah etməli?" sualına cavab vermək üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:
1.Bədənin sağlam və gümrah olması üçün idman zəruri olduğu kimi, özünüislahetmədə də nəfslə mübarizə aparmaq zəruridir.
2.Bədən tərbiyəsində idmanın yüngül növündən başlayıb tədriclə ağır növü ilə məşq edildiyi kimi, ruhun tərbiyəsində də gərək adi işdən, aşağıdan başlayıb tədriclə yuxarı dərəcəyə yetişmək lazımdır.
Peyğəmbər(s) buyurur:
"Həqiqətən, bu din möhkəm və tutarlıdır. Xoş rəftarla ona daxil olun. Allah bəndələrini zorla ibadətə vadar etməyin, yoxsa yorulmuş süvari tək olacaqsız ki, nə yolu qət etmiş, nə də miniyi salamat saxlamışdır".("Üsuli-kafi" II c, səh.86.)
İmam Sadiq(ə) belə söyləmişdir:
"Mən cavanlıqda həddən artıq ibadət edərdim. Atam mənə buyurdu: "Oğlum, öz qüdrətindən çox ibadət edirsən. Allah-təala əgər bir bəndəni sevsə, elə azca ibadətlə də ondan razı qalar."
3.Bədən tərbiyəsində məşqin mütəmadiliyi zəruri olduğu qədər nəfsin tərbiyəsində də davamiyyət şərtdir. Allah-təala buyurur:
"Şübhəsiz, "Rəbbimiz Allahdır!"-deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub: (belə deyəcəklər) "Qorxmayın və kədərlənməyin! Sizə vəhy olunan cənnətlə sevinin!" (Fussilət-30)
"Namaz qılanlar istisnadır! O kəslər ki, daim namaz qılarlar" (Məaric-22, 23)
Əmirəlmöminin Əli(ə)-dən belə nəql olunur: "Mütəmadi olaraq yerinə yetirilən az əməl, səni yoran çox əməldən yaxşıdır".(Həmin mənbə

)
Şair demişkən: "Yolçu odur ki, yavaş gedə, amma həmişə gedə"
Yenə də o Həzrətdən nəql olunur:
"Övladım (Həsən), həyatda və ibadətdə orta həddi tut. Hər işi bacar, mütəmadi olaraq yerinə yetir."("Nəhcül-bəlağə" (Sübhi Salehi) Hikmət-444)
Başqa bir hədisdə İmam Baqir(ə)-dən belə nəql olunmuşdur: "Allah-təala dərgahında ən sevimli əməl insanın az da olsa, mütəmadi olaraq yerinə yetirdiyi əməldir".("Biharül-ənvar" XXVII c, səh.214. Şeyx Tusi "Əmali", oradakı rəvayətə əsasən, II c.)
Bəzi hədislərdən belə anlaşılır ki, mütəmadi yerinə yetirilən işin ən az müddəti bir ildir. İmam Sadiq(ə) buyurur: "Hər kim bir işi başladı, gərək bir il onu mütəmadi olaraq yerinə yetirsin."(Üsuli-kafi" II c, səh.82)
4.Bədənin sağlamlığında müalicə və pəhrizin ikisinin birgə təsiri olduğu kimi, ruhun islah və tərbiyəsində də bu iki şey zəruridir. Məsələn, vacib əməlləri yerinə yetirmək və haram buyurulmuşları tərk etmək, təvəlla (Allah düşmənləri ilə düşmənçilik), təbərra (Allah dostları ilə dostluq), müstəhəb (savablı, bəyənilmiş) işlərin yerinə yetirilməsi, məkruh (bəyənilməyən) əməllərin tərk edilməsi və s. kimi. Bu müalicə və pəhriz gərək bütün mərhələlərdə beləcə davam etsin, çünki onsuz heç bir əməl qəbul olunmur. Saleh əməli günaha, yaxşını pisə qatanlar bir yerə yetişmirlər, belə ki "Quran"da buyurulur:
"Allah yalnız pəhrizkarlardan (təqvalılardan) qəbul edər." ("Maidə"-27)
5.Bütün mərhələlərdə riayət edilməsi lazım olan ən əhəmiyyətli məsələ qəlbin hazırlığı və niyyətin paklığıdır. İdmanda diqqət yayınmasının təsiri olduğu kimi, ibadət və nəfsani məşqlərdə də iradə, niyyətin saflığı və fikrin bir yerə cəmlənməsi mühüm rol oynayır. Allah-təala dəfələrlə bu mətləbə işarə edərək din və ibadətdə pak niyyətlə xidmət etməyi təkidlə buyurur:
"Halbuki onlara əmr edilmişdi ki, Allah dinini yalnız Ona məxsus edərək, batildən haqqa (İslama) dönərək ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru, düzgün din budur. ("Bəyyinə"-5)
Niyyət və düşüncənin insan şəxsiyyətinin formalaşmasında oynadığı rolu şərh edən və onu başqa insanlardan ayıran fəsil barədə sonra danışacağıq. İnsanı həqiqətə və ali məqsədə aparan yolun ən yüksək zirvəsi yalnız niyyətin pak olmasıdır. Allah-təala buyurur:
"Həqiqətən, axır dönüş sənin Rəbbinədir". ("Nəcm"-42)
Hamı istər-istəməz ona tərəf hərəkətdədir:
"Ey insan! Sən (ölənə qədər) Rəbbinə döğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan. (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əmələrin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına, pis əməllər etmisənsə, vay halına!)
("İnşiqaq"-6)
Əlbəttə, bu görüş o vaxt faydalı olar ki, eşq və xalis niyyətlə birgə olsun, yəni mühüm məsələ odur ki, bu yolu razılıqla, rəğbətlə qət edək. "Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz."(Həmin mənbə.)-ayəsini əsas tutaraq Onun razılığından başqa bir şey istəməyək, Allahın razılığı olmayan bir şey barədə fikirləşməyək, Onun vüsalının şövqü ilə hicran qəminə səbir edək, belə ki əgər bu mərhələdə sabitqədəm olub xətalardan qorunsaq, vilayət və kəramət mənzilinə yetişərik. Mümkündür, elə şeylər görək və elə şeylərə əl ataq ki, bəziləri üçün qeyri-məqbul, maraqlı və bəziləri üçün də yolunun açılması və qəflətdən ayılmasına səbəb olsun. Bu mərhələdə də Allahın lütfü şamil olarsa, pərdələr biri digərindən sonra qaldırılar, Allahın nuru ona doğru yönələr. O yerə qədər ki, bəndə fənafillah("Təkvir"-29) mərhələsinə yetişər, yəni Ondan başqa bütün şeyləri tərk edər, aqibət məhv və səhv dərəcəsinə gəlib çatar, Haqqın cəmalı və cəlalı ilə məhv olub ondan başqa bir şey görməz, özü Haqq-təalanın Camal və Cəlal sifətlərinin məzhəri olar. Öz vicdanının dərinliklərində ondan başqa bir əvvəl, axır, zahir və batin müşahidə etməz. Mübarək "Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!"(Fəna mərhələsi Tanrıdan qeyrisini tərk etmək mərhələsidir. Məhv və səhv (məstlikdən ayılma) mərtəbəsi başqasının məhv və başqalığın inkarı mərhələsidir. Yəni bu mərhələdə daha başqası gözünə görünmür ki, onu tərk etsin, hər nəyə Allahı görür. Ondan başqa bir şey görmür. Bu dərəcəyə həqqülyəqin,baxırsa bu məqamlara yetişmək,deyilir. Fəna mərhələsi isə eynülyəqin adlanır. Əlbəttə hər kəsin işi deyildir. Hətta onu iddia edənlərdən çoxu bunun mahiyyətinə varmamışlar. O ki, qala onun həqiqətinə. Şair dili ilə desək: "Hər kimə haqq müddəilərin sözünə,sirrini anlatdılar, elə bil dil-dodağını yumdular." Deməli aldanmamaq üçün ayıq olmaq lazımdır. Çünki həqiqət adamları tanınmırlar, onların dodaqlarına sükut möhürü vurulub. Yeri gəlmişkən, bu dərəcələrin təfsirini bilavasitə əlaqəsi olan şəxsdən soruşub istifadə etməkdə diqqətli olun. Cahillərin təfsirinə etina etməyin ki, onların təfsiri küfr və dinsizlikdir. Küfrdən, dinsizlikdən, fəsaddan və günahkarlıqdan Allaha pənah aparırıq)-ayəsi başdan-başa vücudunu bürüyər. Bütün aləmləri Həzrəti-Haqqın təzahürü və təcəllisi bilər, belə ki Allah-təala "Qurani-Kərim"də buyurur:
"Hansı tərəfə yönəlsəniz, Allah oradadır." ("Bəqərə"-115)

Ailə və Uşaq     Baxılıb: 3091   Tarix: 10 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

toy makiyajlari geyim necə seçməli sade makiyaj sekilleri toy ucun maraqli ideyalar asan kakos yagi dekorasiya kosmetika qardasa aid haxistalar cinsi elaqe novruz bayramina aid hakistalar seksual tapmaca